Accessibility links

Tbilisidə Azərbaycan Dövlət Neft Şirkəti 29 qazpaylayıcı məntəqənin idarəetməyə götürüb


Bu gün Tbilisidə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Gürcüstan İqtisadi İnkişaf Nazirliyi arasında 29 qazpaylayıcı məntəqənin ARDNŞ-in idarəetməsinə verilməsi barədə saziş imzalanıb.
Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya deyib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən qazpaylayıcı sistemə sərmayə yatırır. “Gürcüstan hökuməti Azərbaycanın bu siyasətini dəstəkləyir”.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev isə bildirib ki, ARDNŞ Gürcüstanda idarəetməyə götürdüyü şəbəkəyə 40 milyon dolları həcmində investisiya yatırmağı planlaşdırır. “Bu investisiyalar hesabına yeni xətlərin tikintisi, mövcud şəbəkənin reabilitasiyasına sərf olunacaq” .
Onun sözlərinə görə, həyata keçiriləcək tədbirlər nəticəsində Gürcüstanın qaz abonentlərinin sayının 300 min artacağı gözlənilir. “Qazın qiyməti isə bazar qiymətlərinə uyğun olacaq”.
Cənab Abdullayev Tbilisidə “SOCAR Georgia” törəmə şirkətinin yeni yanacaqdoldurma məntəqəsi və Müştəri Xidmətləri Mərkəzinin açılışında da iştirak edib.

XS
SM
MD
LG