Accessibility links

Azərbaycanda deputatlar müdafiə nazirliyi və quş qripi ilə bağlı hesabat tələb edib


Milli Məclisin bu günki plenar iclasında hökumətin müdaifə nazirliyi sistemində baş verən qanunsuzluqlar və quş qripinə qarşı mübarizə ilə bağlı parlamentə hesabat verməsi tələb edilib. Deputat Qüdrət Həsənquliyev müdaifə nazirliyi sistemində vəziyyətlə bağlı müzakirələrin keçirilməsi təklif edib. Onun sözlərinə görə, orduda rüşvət və korrupsiya hallarına qarşı mübarizə gücləndirilməlidir. Cənab Həsənquliyevin bəyanatı bir çox deputatlar tərəfindən də müdafiə olunub. Deputat Fazil Qəzənfəroğlu orduda korrupsiya halının geniş yayıldığını deyib Müdafiə nazirliyi mətbuat xidmətinin rəisinin vəzifəsini icra edən İlqar Verdiyev deyilənləri təkzib edib. O Amerikanın səsi radiosuna bildirib ki, müdafiə nazirliyi rəhbərliyində qarşıdurma ilə bağlı deyilənlərin əsası yoxdur. Cənab Verdiyev nazirliyin rüşvət və korrupsiya hallarına qarşı ciddi mübarizə apardığını deyib. O deputatlara hərbi prokurorluğa müraciət etməyi məsləhət görüb. Deputat Asim Mollazadə "quş qripi" ilə bağlı yaranmış vəziyyətin müzakirəsini təklif edib. Onun fikrincə, hökumət quş qripinə qarşı mübarizəyə hazır deyil. Deputat hesab edir ki, əhalinin quş qripindən qrounması üçün ciddi tədbirlər görülməlidir. Deputat Novruz Aslanov da quş qripi virusuna qarşı qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini önə çəkib. Onun fikrincə, digər ölkələrdə olduğu kimi qoruyucu maskalardan istifadə olunmalıdır. Səhiyyə nazirliyinin mətbuat xidməti ölkənin səhiyyə sisteminin quş qripi virusuna qarşı mübarizəyə hazır olduğunu bildirib. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova. Xanım Məmmədovanın sözlərinə görə, insanldarın quş qripinə yoluxması halı qeydə alınmayıb. Ancaq qripə yoluxduğu şübhəsi olan şəxslər xəstəxanalar müraciət edib və onlardan biri vəfat edib. Yerli laborotoriyalar həmin şəxslərdə quş qripi virusu aşkarlamayıb. Turan agentilyi isə Azərbaycan Ovçular Birliyinin sədri Ramazan İsmayılova istinadən bildirir ki, dünən ölmüş çoxsaylı qu quşlarının cəsədinin yandırılmasında iştirak etmiş bir şəxs xəstələnib. Hazırda o Dəvəçi rayon xəstəxanasında yerləşdirilib və diaqnozu hələ açıqlanmır.
XS
SM
MD
LG