Accessibility links

Dünya Azərbaycanlıları Konqresi Qulamrza Əmmanini anım mərasimi keçirib


Dünya Azərbaycanlıları Konqresi İranda milli fəal Qulamrza Əmmaninin şübhəli şəraitdə avtomobil qəzasında həlak olmasını qınayıb. Konqres mərhum Əmmanini anım mərasimi keçirib. Çoxsaylı insanın iştirak etdiyi mərasimdə İranda azərbaycanlı fəallara qarşı aparılan repressiya hərəkətləri tənqid edilib.

DAK sədri Sabir Rüstəmxanlı “Amerikanın səsi” radiosuna müsahibəsində Qulamrza Əmmaninin ölümünün araşdırılmasını vacib saydığını bildirib. Onun fikrincə, milli fəalın ölümü siyasidir və buna qiymət verilməlidir.

DAK sədrinin sözlərinə görə, dünyanın çoxsaylı insan haqları təşkilatları İranda azərbaycanlılara qarşı hökumətin təzyiqlərini pisləyib.

XS
SM
MD
LG