Accessibility links

Azərbaycanda itlər quş qripinə yoluxub


Son günlər ev quşları arasında quş qripi müşahidə olunmuş Xızı, Biləsuvar, Füzuli rayonları istisna olmaqla başqa yerlərdə yoluxma aşkar edilməyib. Səhiyyə Nazirliyi tərəfindən Salyan və Tərtər rayonlarında quş qripi xəstəliyində şübhəli bilinən adamlar xüsusi nəzarətdə saxlanılırlar, Dünya Səhiyyə Təşkilatı ilə birlikdə laborator yoxlamaları əsasında xəstəliyin mənşəyini dəqiqləşdirməklə yanaşı, şübhəli bilinən yerlərdə müvafiq sanitar-karantin tədbirləri həyata keçirilir. Bu barədə Azərbaycanda quş qripinin qarşısının alınması üzrə dövlət komisiyasının məlumatında deyilir. Koimsiya eyni zamanda bildirir ki, Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindən gətirilmiş sahibsiz itin qanında quş qripinin A tipi müəyyən olunub. «Əhalinin nəzərinə çatdırılır ki, ev heyvanlarını ölmüş quşların əti ilə yemləmək, onlarla təmasda olmaq, tüklərindən istifadə etmək qəti qadağandır. Adamların gigiyena-sanitariya qaydalarına ciddi riayət etmələri, ev quşlarını qapalı şəraitdə saxlamaları, çöl quşları ilə təmasdan çəkinmələri olduqca vacibdir»-deyə dövlət komissiyası əhalini xəbərdarlıq edir. Eyni zamanda, son günlər havaların istiləşməsi ilə köçəri quşların ölkə ərazisini tərk etməsi sürətlənib və çöl quşları arasında ölüm halları xeyli azalıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Amerikanın səsi radiosuna bildirib. Nazirin sözlərinə görə, indiyədək ölkə ərazisində 15 mindən çox ölmüş çöl quşu yandırılıb. Cənab Bağırovun fikrincə, həyəcan doğuran anlardan biri də, köçəri olmayan quşların quş qripinə yoluxma hallarının müşahidə edilməsidir. Nazir bildirib ki, şimala uçan quşların miqrasiyası başa çatdıqdan sonra Afrikadan quşlar Azərbaycana gəlməyə başlayacaq və bu qitə də quş qripi qeydə alınıb. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının quş qripinin klinikası və epidemiyası üzrə ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Turan agentliyinin məlumatlara görə isə bu gün Gəncə şəhərində zibilliklərdə qidalanan qırxdan çox ev donuzu məhv edilib.
XS
SM
MD
LG