Accessibility links

Azərbaycanın süni peyki olacaq


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov ABŞ-a on günlük səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Nümayəndə heyəti ABŞ dövlət və hökumət nümayəndələri, elm xadimləri, biznes strukturlarının təmsilçiləri ilə müzakirələr aparıb. Cənab Abbasov Azərbaycan nümayəndə heyətinin Vaşinqton və Kaliforniyada iki biznes forum təşkil etdiyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, ABŞ investorlarının əsas sualı Azərbaycan bazarının kiçikliyi və regonun böyük investisiyalara riskliliyi ilə bağlı olub. Azərbaycan Rabitə və İnformasiya Texnologiyları nazirliyi ilə ABŞ-ın Jon Meyson universiteti arasında informasiya texnologiyaları üzrə mütəxəsisslərin hazırlanması haqqında ilkin memorandum da imzalanıb. Nazir jurnalistlərin suallarına cavabda Azərbaycanda güzəştli komputerlərin satışı məsələsinin müzakirə olunduğunu da dyeib. Cənab Abbasovun sözlərinə görə, hazırda ölkədə hər 100 nəfərə 2-3 komputer düşür. O Azərbaycanda internet üzərində senzura ilə bağlı məlumatları qətiyyətlə rədd edib. Cənab Abbasov Azərbaycanın elektoron demokratiyalı ölkələr sırasına daxil edildiyini bəyan edib. Rabitə və İnformasiya Texnologiyaları naziri Azərbaycanın beynəlxalq vibrooptik kanalların kəsişdiyi yerdə yerləşdiyni bildirib. O bu səbəbdən Azərbaycanın informasiya tranziti ölkəsinə çevriləcəyinə ümid edir. Cənab Abbasov ABŞ səfəri zamanı Azərbaycanda beynəlxalq İnformasiya Texnologiyaları universiteti yaradılması ideyasının dəstəkləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, yerli universitetlərin eyni adlı fakultələri də təkmilləşdiriləcək. Nazir Azərbaycanın süni peykinin olacağını da deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı iqtisadi təhlillər aparılır.
XS
SM
MD
LG