Accessibility links

Əli Həsənov: FM tezliklərinin xarici radiolara yenidən qaytarılması gündəmdə deyil


FM tezliklərinin xarici radiolara yenidən qaytarılması gündəmdə deyil. Həmin radioların dünyada qəbul olunmuş digər alternativ vasitələrlə yayımı ilə bağlı müzakirələr aparılır. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Amerikanın səsi” radiosuna bildirib.
Onun sözlərinə görə, xarici radioların rəhbərliyi ilə danışıqlar bundan sonra da davam etdiriləcək. “Hazırda xarici radioların alternativ vasitələrlə yayımı ilə bağlı Teleradio Yayımı Şurasından, teleradio yayımı ilə məşğul olan digər müvafiq qurumlardan və xarici radiostansiyaların rəhbərliyindən təkilflər gözləyirik”- deyə o qeyd edib.
Xatırladaq ki, Milli Teleradio Şurası 2009-cu il yanvarın 1-dən “Amerikanın səsi”, “Azadlıq” və BBC radiolarının FM tezliyində yayımını dayandırıb.

XS
SM
MD
LG