Accessibility links

Azərbaycan polisi İrandan gətirilən 50 kiloqram narkotik tutub


Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidməti İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

Daxili İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 16-da Azərbaycanın İranla sərhəddə yerləşən

Lənkəran rayonu ərazisində Xəzər dənizindən sahilə yan alan içərisində narkotik vasitə olan qayığın saxlanılması məqsədi ilə keçirilən xüsusi tədbir zamanı qayıqda olanlar polisin təslim olmaq barədə tələbinə məhəl qoymayaraq, müqavimət göstərib.

Əməliyyatçıların odlu silah işlətmək məcburiyyətində qalması nəticəsində narkotik qaçaqmalçılarından biri, İran vətəndaşı Heydəri Zahid Rəşid oğlu yaralanıb. Cinayətkar dəstənin bütün üzvləri, İran vətəndaşları - Vəhdət Nəzəri, Heydəri Zahid, Rahət Nihdani və Zəhra Cavad qızı tutulub. Onların istifadəsində olan qayıqdan 50 kiloqramdan çox həşiş, 60 ədəd avtomat patronu, 1 ədəd qaz balonu və istiqamət müəyyənləşdirən 2 ədəd GPRS xüsusi qurğusu götürülüb.

XS
SM
MD
LG