Accessibility links

Prezidentin İcra Aparatının rəhbəri Azərbaycanda söz azadlığının təmin edildiyini deyir


"Azərbaycan hakimiyyəti ölkənin siyasi qüvvələrinin 2008-ci il prezident seçkilərində öz namizədləri ilə iştirak etməsində maraqlıdır. Lakin ölkədə hazırki prezident İlham Əliyevin böyük nüfuzunu nəzərə alaraq, onun 2008-ci il prezident seçkilərində qələbə qazanacağı heç kimdə şübhə doğurmur". Bu barədə jurnalistlərə prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib. Beynəlxalq təşkilatların seçki qanunvericiliyində islahatlar haqqında təkliflərini şərh edən Mehdiyev deyib ki, "xarici qurumların "öz xüsusi prinsipləri" ola bilər, Azərbaycanın isə öz maraqları var və bu maraqlar çərçivəsində demokratik seçkilər keçiriləcək və qoy heç kim buna şübhə etməsin". Həbs edilmiş jurnalistlər problemi ilə bağlı münasibət bildirən Mehdiyev deyib ki, Azərbaycanda söz azadlığı mövcuddur və "jurnalistlərə heç bir təzyiq yoxdur". O, jurnalistlərin əfv olunmasının mümkünlüyü haqqında suala cavabdan yayınaraq, bunun prezidentin səlahiyyəti olduğunu deyib. Bununla yanaşı, Mehdiyev qeyd edib ki, dövlət başçısı vaxtaşırı əvf haqqında fərmanlar verir.
XS
SM
MD
LG