Accessibility links

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramının ikinci ildönümü


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramının 2-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, nazirlər, deputatlar, xarici diplomatik nümayəndəliklərin rəhbərləri və sahibkarlar iştirak edib. Azərbaycan prezidenti İlahm Əliyev bildirib ki, regionların inkişafı sahəsində görülən işlər gözəl nəticələr verib. Son iki ildə 340 mindən artıq yeni iş yeri yaradılıb, çoxlu müəssisələr, fabriklər, sosial obyektlər açılıb. Dövlət başçısı regionların sosial-iqtisadi inkişaf proqramını müfəssəl sənəd adlandırıb. Onun fikrincə, qeyri-neft sektorunun tnkişafı və vergilər hesabına dövlət büdcəsi kəskin şəkildə artıb və 2008-ci ilə qədər, hər il büdcə artımı olacaq. Cənab Əlieyv bu il dövlət büdcəsindən sahibkarlara 100 milyon dollar səviyyəsində güzəştli kreditlər ayrıldığını bildirib. «Bu vəsait sahibkarlara veriləcək və onun müqabilində yeni iş yerləri, müəssisələr, fabriklər yaradılacaq. Eyni zamanda, regionları hərtərəfli inkişaf etdirmək üçün güclü infrastruktur olmalıdır, bu vəzifəni isə dövlət öz üzərinə götürüb. Yeni aeroportlar, yollar və məktəblər tikilir. Keçən il 400-ə yaxın məktəb tikilib. 2005-ci ildə Azərbaycanın bütün bölgələrində ən müasir avadanlıqla təchiz edilmiş yeni tibb ocaqları yaradılacaq». Prezident Azərbaycanın neft-qaz potensialını işə saldığını da diqqətə çatdırıb. Dövlət başçısının fikrincə, kənd təsərrüfatının inkişafı regional inkişaf proqramının əsasını təşkil edir. «Çünki regionlarda əhalinin böyük əksəriyyəti kəndlərdə yaşayır. “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması bu istiqamətdə atılmış çox mühüm addımdır. Onun vasitəsilə artıq kəndlərə texnika gətirilib, kübrə alınıb paylanır. Bir sözlə, fermerlər üçün ilkin şərait yaradılır». Ölkə başçısının sözlərinə görə, hazırda ölkədə yoxsulluğun səviyyəsi 29 faizə düşüb. "Hökumət bu il də minimum əməkhaqqını qaldıracaq. Biz çalışırıq ki, makroiqtisadi sabitliyi poza biləcək amillərdən qoruyaq. İnflyasiya və qiymətlərin qalxması hökuməti düşündürür. Hesab edirik ki, inflyasiya bu il də bir rəqəmli olmalıdır". Prezident maliyyə sahəsində şəffaflığın təmin edilməsinin vacibliyinin hökumət üzvlərinin nəzərinə çatdırıb. Onun fikrincə, büdcə vəsaitləri artıdıqca nəzarət də artırılmalıdır. Cənab Əliyev Azərbaycanda etnik, siyasi və dinlərarası münasibətlər baxımından inkişaf üçün münbit şəraitin olduğunu bildirib. O bu şəraiti pozmağa cəhd edən qüvvələrə imkan verilməyəcəyini bəyan edib. İqtisadi inkişaf naziri Heydər Babayev isə son iki ildə regionların inkişaf proqramı çərçivəsində görülən işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, proqram çərçivəsində ölkədə 160 sənaye, 300 emal, 200 kənd təsərrüfatı və 900 xidmət müəsisəsi açılıb. Nazir bildirib ki, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq əsasında bu il Azərbaycan 450 mln. dollarlıq infrastruktur layihələrinin reallaşdırılmasına başlayacaq. «Bu məbləğin 135 mln dolları Dünya Bankından almaq planlaşdırılır. $40 mln. həcmində kredit drenaj və irriqasiya sistemlərinin yaxşılaşdırılmasına, $48 mln. elektroenergetika sahəsinə, $35 mln. kənd təsərrüfatına və $11,5 mln. qaçqınların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək». Cənab Babayevin dedyiynə görə, 2006-cı ildə regionlarda onlarla yeni layihənin reallaşdırılmasının da şahidi olacağıq. Asiya İnkişaf Bankının Azərbaycan ofisinin rəhbəri Metyu Vestfalın fikrincə, bu il ölkədə iqtisadi inkişafın səviiyyəsi 30,6 faiz təşkil edəcək. "Asiya İnkişaf Bankı Azərbaycanda sabit inkişafın tərəfdarıdır. Biz hökumətin regional siyasətini dəstəkləyirik. Bank Azərbaycanda ümumi dəyəri 450 milyon dollar təşkil edən proqramlar həyata keçirir.Külək, günəş və istilik elektrik stansiyalarının inşası üçün 220 milyon dollar kredit ayıracağıq"-deyə o vurğulayıb.
XS
SM
MD
LG