Accessibility links

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycanda söz azadlığı sahəsində hesabatını açıqlayıb 


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı hesabatını açıqlayıb. İnstitutun direktoru Emin Hüseynov ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyətin pisləşməkdə davam etdiyini bildirib. O həmçinin bu ildən "Azərbaycan jurnalistləri söz azadlığı uğrunda mübarizədə (1990-2006-cı ilər)" layihəsinin reallaşdırmağa başlandığını deyib. Proqrama görə, fiziki təzyiqlərə məruz qalan jurnalistlərə hüququ, tibbi və maliyyə yardımı ediləcək. Qurum həmçinin son 16 il ərzində ölkə KİV-lərinə və jurnalistlərinə qarşı törədilmiş qanunsuzluqlarla bağlı faktları, müxtəlif illərdə mətbuat sahəsində baş vermiş hadisələri toplayaraq informasiya bazası yaradır.
XS
SM
MD
LG