Accessibility links

ABŞ-la Azərbaycan Dağlıq Qarabağ problemi, təhlükəsizlik, enerji və islahatlar məsələsini müzakirə edib


Azərbaycan prezidenti İlham Əliyevin apreldin sonlarında Vaşinqtona səfəri iəl bağı artıq Azərbaycan Prezidentinin icra aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri açıqlama verib. Ağ ev tərəfindən məlumat açıqlanmayınca mən səfərin detallarını açıqlamayacam. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Amerikanın səsi radisouna müsahibəsində bildirib. O ABŞ Dövlət katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yeni təklifləri barədə sualıma belə cavab verib.«Mən əslində bunu yeni yox, Dağlıq Qarabağ münaqişəsinin praktiki, uzunumüdətli və ədalətli həlii ilə bağlı danışıqlar kimi qiymətləndirərdim. Həm səfir Stiven Mannın və Dövlət katibi Kadoliza Raysın bildirdiyüi kimi, əslində son iki ildə görülən işlər daha yüksək növbəti mərhələyə daxil olub. Bu iki ölkənin xalqı və prezidenti tərəfindən qəbul olüunmalıdır. Mən ümid etmək istərldim ki, Azərbaycan xalqı prezident və xarici işlər naziri tərəfindən görülən işləri qəbul edir. Eləcə də Ermənistan xalqı prezident və xarici işlər nazirlərininin gördüyü işləri qəbul etməyə ümidliyəm. Bunun timsalında Minsk Qrupunun həmsədrlərinin işinin aktivləşməsini görəcəksiniz.Elə bu həftə Minsk Qrupunun Fransalı həmsədri Bernar Fasye regiona səfər edib». Cənab Harniş «yeni təkliflər Rambuye danışıqlarında müzakirə edilənlərdən nə ilə fərqəlnir» sualımın cavabında isə bunları deyib. «ABŞ-da Azərbaycanın yüksək vəzifəli şəxsəlri ilə müzakirələr müxtəlif sahələri əhatə edir. Bu müzakirələrdə Dağlıq Qarabağ problemi ilə yanaşı, təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq və islahatlar məsələsi müzakirə olunub». Səfir Azərbaycanın İranla bağlı siyasəti barədə sulalın cavabında bildirib ki, ABŞ diplomatik yollara İranın nüvə silahı əldə etməkdən daşınmasına çalışır». O Azərbaycan hökukmətinin İranla bağlı mövqeyini Azərbaycan xarici işlçr nazirliyindən soruşmağımızı məsləhət görüb. Öz növbəsində Azərbaycan xarici işlər nazirliyinin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Amerikanın səsi radiosuna bildirib ki, ABŞ Dövlət katibi ilə Azərbaycan xarici işlər naziri müxtəlf aspektdə müzaikrələr aparıb. Ancaq o da danışıqların detalları barədə məlumat verməyib. Azərbaycanın İranla bağlı mövqeyinə gəlincə, cənab Tağızadə problemin danışıqlar yolu ilə niazmalanmasına üsütnlük verir. Onun fikirncə, Azərbaycanın Dağlıq Qarabağ problemin nizamlanması ilə bağlı tutduğu yol dünyada bir nümunədir.
XS
SM
MD
LG