Accessibility links

Rövnəq Abdullayev:  Geoloji məlumatlara görə Azərbaycanın 4 trilyon kub metr qaz ehtiyatı var


Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə Nabucco layihəsi, Azərbaycanın qaz ehtiyatları, qazın satılmasının kommersiya imkanlarından danışılır.

Sual:
Hazırda Nabucco layihəsi ilə bağlı danışıqlar aparılırmı?
Cavab: Hazırda danışıqlar aparılır. Avropa Birliyi 250 milyon avro vəsait ayırıb və iqtisadi təhlillər aparılır.

Sual:
Hansı dövlətlərlə danışıqlar aparılır?
Cavab: Danışıqlar hələ ki, şirkətlər səviyyəsində aparılır. İndiki anda kəmərlə nəql ediləcək qaz həcminin müəyyən edilməsi və qazın hansı dövlətlərin ərazisindən nəqli ilə bağlı danışıqlar gedir.

Sual: Azərbaycanda Nabucco kəmərini təmin edəcək miqdarda qaz varmı? Cavab: Azərbaycanda təsdiq olunmuş iki trilyon kub metr qaz ehtiyatı var. Ümumi geoloji məlumatlara görə isə 4 trilyon kub metr qaz ehtiyatı var.

Sual: Perspektivli yataqlar hansılardır?
Cavab: Yaxın zamanda Ümid yatağının işlənməsinə başlanacaq. Ümid yatağında ehtimallara görə, 200-300 milyard kub metr qaz var. Azəri-Çıraq yatağında 400 milyard kub metr təsdiq olunmuş dib qazı var. Naxçıvan və Babək strukturlarında da gələcəkdə işlər aparılacaq. Bu il fevralın 28-də Total şirkəti ilə Abşeron yatağı üzrə saziş imzalayacağıq. 1998-ci ildə Total şirkəti Abşeron yatağına perspektivsiz deyib tərk etmişdi, ancaq indi yenidən qayıdır.

Sual: Azərbaycan qazının hansı kommersiya şərtləri daxilində satılmasını istəyir? Cavab: Qaz satışı spesifik iş olduğundan qiymət qoyulması, sazişlər uzun müddətə imzalanmalıdır. Azərbaycan Nabucco layihəsində iştirak edir və bu siyasətlə razıdır. Azərbaycan qazını daha baha və sərfəli qiymətə satmaq istəyir. Ona görə də müxtəlif istiqamətli kəmərlərə üstünlük verir. Bu qazın daha baha və daha səmərəli qiymətə satılmasına imkan yaradır.


XS
SM
MD
LG