Accessibility links

Rusiyanın RTR-Planeta televiziyasının Azərbaycanda yerli tezlikdə yayımı dayandırılıb


Bu il yanvarın 1-dən Rusiyanın RTR- Planeta televiziyasının Azərbaycanın yerli tezliyində yayımı dayandırılıb. Hazırda RTR-in yayımlandığı tezlikdə Milli Teleradio Şurasının (MTRŞ) məlumatı yerləşdirilib. MTRŞ sədrinin köməkçisi Mehdi Mehdiyev «Amerikanın səsi» radiosuna RTR-Planetanın yayımının dayandırılmasını Rusiya tərəfinin Azərbaycanın təklifini qəbul etməməsi ilə izah edib. Belə ki, Azərbaycan tərəfi RTR televiyasının yerli tezlikdə yayımlanmasının əvəzində Azərbaycan Dövlət Televiziyasının Moskva şəhərində yayımlanmasını istəyirdi və Rusiya bu təklifi qəbul etməyib. Televiziya məsələləri üzrə ekspert Qulu Məhərrəmli Rusiya televiziyasının yerli tezlikdə yayımının dayandırılmasını məqsədəuyğun saymır. Onun fikrincə, ölkə əhalisinin hələ Rusiya televiziyasının verilişlərinə ehtiyacı var. Belə ki, Azərbaycanda on minlərlə rusdilli əhali yaşayır. Yeri gəlmişkən bildirək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Rusiyanın NTV, ORT və RTR televiziyaları yerli tezliklərdə yayımlanırdı. Hazırda isə Azərbaycanın yerli tezliyində Rusiyanın hər hansı televiziyası yayımlanmır.
XS
SM
MD
LG