Accessibility links

Rumıniya və Azərbaycan prezidentləri Avropanın enerji təhlükəsizliyi məsələlərini müzakirə edib     


Rumıniya prezidenti Troyan Baseskunun Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb. İki ölkə prezidenti əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparıb. Azərbaycan və Rumıniya arasında iqtisadi, mədəniyyət, turizmi, texniki əməkdaşlığı əhatə edən dörd saziş və prezidentlər siyasi bəyannamə imzalayıb. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir və Azərbaycan bu münasibətləri bundan sonra da möhkəmlətməyə hazırdır. Onun sözlərinə görə, dövlət başçıları arasında çoxşaxəli danışıqlar aparılıb. Dövlət başçısı danışıqlarda regondakı proseslər və regional təhlükəsizlik məsələlərinin də müzakirə mövzusu olduğunu diqqətə çatdırıb. Cənab Əliyev Ermənistan-Azərbaycan münaqişəsini başlıca təhlükə mənbəyi adlandırıb. Onun fikrincə, münaqişə regionda stabilliyin pozulmasına gətirib çıxara bilər və regional əməkdaşlığa böyük maneədir. Dövlət başçısı Azərbaycanın Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib. O Azərbaycanın Dağlıq Qarabağa yüksək statuslu muxtariyyət verə biləcəyini də istisna etməyib. Cənab Əliyev GUAM-ın təşəbbüsüsü ilə dondurulmuş münaqişələr məsələsinin BMT Baş Asambleaysının gündəliyinə salınmasında dəstəyə görə Rumıniya tərəfinə minnətdarlıq bildirib. Rumıniya prezidenti Troyan Basesku bildirib ki, onun Azərbaycana səfəri təhlükəsizlik və ilk növbədə enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyır. Bundan əlavə, Rumıniya Azərbaycana Avropa İttifaqı və NATO ilə yaxınlaşma prosesində yardım etməyə hazırdır.«Biz iqtisadi, siyasi, regional təhlükəsizlik məsələləri ilə yanaşı Xəzər və Qara dəniz regionunda əməkdaşlıq da daxil olmaqla, Xəzər regionundan enerji resurslarının Avropaya nəqlini müzakirə etdik. Neftin Konstansa-Triest marşrutu ilə nəqli məsələləri də diqqət mərkəzində oldu. Rumıniya Avropanın enerji təhlükəsizliyinin təchizində mühüm rol oynamaq istəyir. Biz bir çox layihələri, əsasən də, xam neftin nəql olunması sahəsində layihələri müzakirə etdik”. Regional münaqişələrə toxunan cənab Basesku Rumıniyanın münaqişələrin ərzai bütövlüyü çəriçvəsində həllini dəstəklədiyini bildirib. “Fundamental prinsiplərdən uzaqlaşmaq olmaz”.
XS
SM
MD
LG