Accessibility links

Sergey Lavrov: «Rusiya Avropada sabitliyi möhkəmlətmək istəyir, yeni riskli problemlər yaratmaq yox"


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük səfəri başlayıb. O bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşüb. Xarici işlər nazirləri görüşdən sonra birgə mətbuat konyransı keçirib. Nazirlər Azərbaycan Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Elmar Məmədyarvo görüşü çox faydalı və yaxşı adlandırıb. «Rusiya xarici işlər naziri ilə çox faydalı və yaxşı danışıqlarımız oldu. Son illər Rusiya Azərbaycan münasibətlərinin dinamikası genişlənir, mal dövriyyəsi artır. Müzakirə etdiyimiz siyasi məsələlərdə, - Kosovoda vəziyyət, raket əleyhinə müdafiə sisteminin inkşafı, Xəzər probleminə münasibətdə mövqelərimiz üst-üstə düşür. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsini də müzakirə etdik. Minsk Qrupunda Rusiyalı həmsədr çox aktivdir. Biz hesab edirik ki, Rusiya münaqişənin həllində hakim olmasa da, çox vacib rol oynamalıdır. Rusiya Qafqaz dövləti olub və qalacaq, yəni o həmişə Qafqazda mövcud olacaq", - deyə Məmmədyarov qeyd edib. Rusiya xarici işlər naziri isə iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi, hərbi-texniki əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Rusiya ali məktəblərinin Azərbaycanda filiallalarının açılması, Rusiyada Azərbaycan dilinin tədrisi və humanitar sahədə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini deyib. «Regional və beynəlxalq məsələlərin müzakirəsində biz bildirdik ki, Qafqazda sülh və stabillik olmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına gəlincə, həm tərəflər, həm də həmsədrlər intensiv işləyir. Ümid edirik ki, tərəflərin siyasi iradəsi ilə hər iki tərəfin qəbul edəcəyi müqaviləyə nail olunacaq. Rusiya həmsədr kimi, həm də sadəcə Azərbaycan və Ermənistanın dostu kimi hər şey edəcək ki, nəticə əldə edilsin». Cənab Lavrov Kosovo məsələsinə də toxunub. «Kosovonun statusu üzrə bütün birtərəfli qərarlar dünyanın bir çox hissələrində səs salacaq və müxtəlif regionlarda sabitləşmə üzrə səylərə şərait yaratmayan presedent doğuracaq. Bəzi Qərb ölkələri tərəfindən BMT-nin TŞ-nə daxil edilmiş "Axtisaari planı»nı bütünlükdə və tamamilə qəbul etmək, mövcud 1244-cü bəyanatı ləğv etmək, təklif olunan bəyanat Rusiya üçün qəbuledilməzdir. istənilən münaqişənin sabit və uzunmüddətli həlli onun hər iki tərəfin razılığına arxalandığı halda mümkündür». Onun sözlərinə görə, danışıqlarda Avropanın təhlükəsizliyi, Raket Əleyhinə Müdafiə, Adi Silahların Avropada Məhdudlaşdırılması haqda Saziş üzrə də qiymətləndirmə mübadiləsi olub. «Bu sahələrdə baş verən hər şey maksimum hesablanmalı, onların mümkün nəticələri nöqteyi-nəzərdən ölçülməlidir. Biz Avropada sabitliyi möhkəmləndirmək istəyirik, yeni riskli problemlər yaratmaq yox". Görüşdə İranın nüvə proqramı ətrafında vəziyyət də diqqət mərkəzində olub. "Biz istəyirik ki, İran ətrafında vəziyyət kəskinləşməsin və siyasiləşdirilməsin. Tehran ətrafında yaranan istənilən məsələ bu ölkənin dialoqa cəlb edilməsi ilə həll edilsin. Hesab edirik ki, İranı təcrid etmək və ya İranın nüvə proqramı ətrafında vəziyyətdən nüvə silahının yayılmaması rejiminin təmin edilməsi ilə bağlı olmayan digər məqsədlər üçün istifadə etmək cəhdləri qəbuledilməzdir" - deyə Rusiya xarici işlər naziri qeyd edib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azəprbaycanın mülkiyətində olan Qəbələ RLS-in Rusiya və Amerika tərəfindən birgə istifadəsi imkanları haqqında danışıldığını da deyib.
XS
SM
MD
LG