Accessibility links

Azərbaycanın qeyri-hökumət təşkilatlarının rəhbərləri Rusiyanın işğalına etiraz edir


Hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün qeyri-hökumət təşkilatlarının rəhbərlərinin Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməsinə imkan verməyib. Etirazçılar səfirliyin 500 metrliyinədək uzaqlaşdırılıb.

Ondan çox hüquq-müdafiə təşkilatının rəhbəri Rusiyanın Gürcüstanı işğalına etiraz edib, rus qoşunlarının Gürcüstandan çıxarılmasını tələb edib.

Etiraz edənlərdən biri politoloq İlqar Məmmədovdur. O Azərbaycan rəhbərliyinin vətəndaş cəmiyyətlərinin etirazlarının qarşısını almasının xalqın milli maraqlarına zidd olduğunu bildirib.

Hüquq müdafiəçisi İlqar İbrahimoğlu Rusiyanın işğalından bölgə insanlarının bezdiyini deyib. Onun fikrincə, beynəlxalq ictimaiyyət Cənubi Qafqaz xalqlarının işğala qarşı mübarizəsinə ciddi dəstək verməlidir.

Öz növbəsində, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev bu gün bir daha Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Cənab Paşayev hesab edir ki. Gürcüstandakı hadisələr beynəlxalq aləmdə Azərbaycana da diqqəti artırıb. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilər.

Nazir müavini Gürcüstan ərazisində neft və qaz kəmərlərinə təhlükələrin artması ilə bağlı sualın cavabında Azərbaycanın diversifikasiya tərəfdarı olduğunu deyib. Bunun üçün dövlət yeni imkanlar axtarmalıdır. Hətta münaqişə başa çatarsa Ermənistan ərazisi ilə də kəmər çəkiləcəyi istisna edilmir.

XS
SM
MD
LG