Accessibility links

Rusiya müdafiə naziri Azərbaycanda səfərdədir


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu gün Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfəri başlayıb. O Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edəcək. Mətbuat xidməti həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılacaqını qeyd edir. Rusiya Müdaifə naziri ABŞ-la Rusiya arasında bu ilin mayından müzakirə mövzusu olan Qəbələ RLS-ə də baş çəkəcək. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə ələaqələr şöbəsinin rəhbəri Conatan Henik «Amerikanın səsi» radiosuna bildirib ki, Qəbələ RLS ABŞ və Rusiya danışıqlarının mövzusu olaraq qalmaqdadır. Yeri cəlmişkən, «Turan» Agentiyinin bu gün yaydığı məlumatda isə deyüilir ki, dünən Rusiya Kosmik Qoşunlarının nümayəndəsi general Popovkin 2012-ci ildən sonra Rusiyadan kənarda yerləşən bütün RLS-lərin istifadəsinin dayandırılacağını bildirib. Müstəqil politoloqlara gəlincə, onlar Rusiya müdafiə nazirinin Azərbaycana səfərini müsbət qarşılamır. Politoloqlar heçsab edir ki, səfər Rusiyanın Ermənistanda çoxsalı silah cəmləşdirdiyi bir vaxta təsadüf edir.
XS
SM
MD
LG