Accessibility links

Ümumdünya Ərzaq Proqramı Rusiyanın Azərbaycana humanitar yardımını alqışlayır


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Rusiya hökumətinin Azərbaycandakı məcburi köçkünlərin ən yoxsul təbəqələrinə ÜƏP-in fəaliyyəti çərçivəsində yardım etmək üçün ilk dəfə etdiyi ianəni müsbət qarşılayır. “Rusiya tərəfindən Azərbyacana edilən 2 milyon ABŞ dolları həcmində olan bu ianə Ermənistan münaqişəsi nəticəsində köçkün düşmüş insanların ən yoxsul təbəqələrinə yardımı davam etdirmək imkanını yaradacaq”- deyə ÜƏP-in Azərbaycan üzrə Ölkə Direktoru, xanım Linn Miller bildirib.

Rusiyanın vəsaiti hesabına buğda unu və bitki yağı alınacaq ki, bu da, məcburi köçkünlərin ərzaq tələbatlarını növbəti dörd ay müddətində ödəyəcək. 2003-cü ildə ÜƏP-in getdikcə böyüyən səxavətli donorlar siyahısına daxil olunduqdan sonra Rusiya Federasiyası ÜƏP-in dünya üzrə fəaliyyətinə 44 milyon ABŞ dolları dəyərində yardım ayırmışdır. ÜƏP Azərbaycanda fəaliyyətinə 1994-cü ildə məcburi köçkün düşmüş yarım milyon nəfərdən çox insana fövqəladə yardım göstərməklə başlayıb. Ermənistan-Azərbaycan münaqişəsi 1990-ci illərin əvvəllərində 800 min nəfərə yaxın Azərbaycanlının köçkün vəziyyətinə düşməsinə səbəb olub. ÜƏP-in Azərbaycandakı cari fəaliyyəti onlardan 154 min nəfərinə yardım göstərir.

“Xidmət göstərdiyimiz məcburi köçkünlər hələ də özlərinin əsas ehtiyaclarını ödəmək iqtidarında deyil. Onlar hələ də davamlı humanitar yardıma möhdacdır”-deyə xanım Miller qeyd etdib. Müddəti 2008-ci ilin ortalarına qədər olan ÜƏP-in cari layihəsi 15,9 milyon ABŞ dolları dəyərindədir; hal-hazırda maliyyə təminatında 38 faizlik çatışmazlıq mövcuddur. ÜƏP-in Azərbaycandakı əməliyyatına yardım edən donorlar aşağıda göstərilən dövlətlərdən ibarətdir: Azərbaycan (3 milyon ABŞ dolları), Rusiya Federasiyası (2 million ABŞ dolları), Yaponiya (100 min ABŞ dolları); özəl ianələr (69 min ABŞ dolları) və çoxtərəfli ianələr (4 milyon ABŞ dolları).

XS
SM
MD
LG