Accessibility links

Azərbaycanın sabiq naziri vəkillərindən imtina edib 


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və daha 17 nəfərin işi üzrə məhkəmə prosesi bu gün də işini davam etdirib. Sabiq nazirin və digərlərinin məhkəməsi bu il mayın 15-də başlayıb. O 2005-ci il oktyabrın 16-da parlament seçikləri öncəysi həbs edilib. Əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilən cənab Əliyev, sonradan korrupsiya, rüşvət, vəzifədən sui istifadə və başqa ittihamlarla məhkəmə qarşısına çıxırılıb. Dövlət çevrilişi ilə bağlı ittiham isə ayrı icraata keçirilib. Bu günki məhkəmə iclasında Fərhad Əliyev vəkillərindən imtina etdiyini bildirib. O bunu vəkillərinin vəsatətlərinin məhkəmə tərəfindən nəzərə alınmaması ilə izah edib. Cənab Əliyev bundan öncə isə məhkəmənin siyasi sifarişlə keçirildiyini bəyan etmişdi. Məhkəmə heyəti isə Fərhad Əliyevin bəyanatlarını qəbul etməyib və ittiham üzrə araşdırma apardığını bildirib. Vəkil Ramiz Məmmədov «Amerikanın səsi» radiosuna sabiq nazirin müdaifədən məcbur qalaraq imtina etdiyini deyib, Onun sözlərinə görə, F,Əliyev bununla məhəkəmnin ədalətli olmamasını nümayiş etdirir.
XS
SM
MD
LG