Accessibility links

Zahidov qardaşları yenidən həbsxanada  


Bu gün “Azadlıq” qəzetini redaktoru Qənimət Zahid və həmin qəzetin satirik yazarı Mirzə Sakitatalarının yeddi mərasimi başa çatdıqdan sonra Penitensiar xidmətin əməkdaşlarının müşayiəti ilə cəza çəkdikləri müəssisəsinə qaytarılıb.

Zahidov qardaşları atalarının yas mərasimində iştirak etmək üçün dekabrın 2-də müvəqqəti azadlığa buraxılıb. “Mən və qardaşım Mirzə Sakit bu gün atamızın yeddi mərasimi başa çatdıqdan sonra cəzaçəkmə müəssisəsinə qayıdırıq. Atamızın yas mərasimində iştirak üçün imkan yaratdıqlarına görə hökumət orqanlarına və ayrı-ayrı şəxslərə minnətdarlıq bildiririk. Eyni zamanda, Penitensiar Xidmətin nəzarətçiləri özlərini çox nəzakətli aparıb və yas mərasimi dövründə ənənəyə uyğun hərəkət etməyimiz üçün bizə bütün imkanları verib”. Bu barədə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov isə ailələrinin və cəmiyyətin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və həmin qəzetin satirik yazarı Mirzə Sakit qardaşlarının əfv olunacaqlarına ümidini itirmədiyini deyib. “Qənimət Zahid və Mirzə Sakit qardaşlarının əfvi Azərbaycan hakimiyyətinin cəmiyyətin, ziyalıların və beynəlxalq təşkilatların müraciətinə bir xoşməramlı münasibət olardı”, - deyə o qeyd edib.

Xatırladaq ki, Qənimət Zahid 2008-ci martında bədənə az xəsarət yetirmə ittihamı 4 il və Mirzə Sakit 2006-cı ilin iyununda qanunsuz narkotik saxlama ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki qardaş ittihamı qəbul etmir və sifarişli sayır. Qənimət Zahid və Mirzə Sakit qardaşları vicdan məhbusu kimi tanınıb və çoxsaylı beynəlxalq və yerli təşkilatlar hakimiyyətdən jurnalistlərin dərhal azad edilməsini tələb edib. Qənimət Zahid və Mirzə Sakitlə geniş müsahibənin audio variantına saytımızda qulaq asın. Mirzə Sakit “Amerikanın səsi” radiosuna müsahibəsində yeni şerini də oxuyub.

XS
SM
MD
LG