Accessibility links

Azərbaycanda seçki komissiyalarının tərkibi ilə bağlı müzakirələr keçirilib


Azərbayanda seçki komissiyalarının təkmilləşdirilməsilə bağlı dəyirmi masa keçirilib. Müzakirələrdə Mərkəzi Seçki Komissiyası, Avropa Şurasının Venesiya Komissiyası, ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondu, Prezidentin İcra Aparatı , çoxsaylı siyasi partiyalar və vətəndaş cəmiyyətləri iştirak edib. Aparıcı müxalifət olan Müsavat, Xalq Cəbhəsi, Deokrat və Liberal partiyaları forumda iştirakdan imtina edib. Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, hökumət seçkilərin azad, demokratik və ədalətli keçirilməsinə xidmət edəcək təklidləri qəbul etməyə hazırdır. Ancaq seçki prosesini pozmağa yönəlmiş təkliflər qəbul edilməyəcək. Eyni zamanda, cənab Həsənov Azərbaycanda seçki institutlarının siyasiləşdirildiyini və bu prosesin davam etməsindən narahatlıq ifadə edib Şöbə müdiri «Yeni Azərbaycan» partiyasından başqa digər partiyaları müxalifət adlandırıb. Onun fikrincə, bütün siyasi partiyalar müzakirələrdə iştirak etməldir. Cənab Həsənov seçki komissiyalarında hansısa siyasi qüvvənin üstün olduğu barədə fikirləri qəbul etmir. O seçki komissiyalarının indiki kimi üçdə bir nisbətində iqtidar, müxalfiət partiayları və bitərəflərin namizədlərindən təşikl olunmasının saxlanmasına tərəfdardır. Avropa Şurasının Bakı ofisinin rəhbəri Denis Bribosia xatırladıb ki, Azərbaycan könüllü olaraq, seçki komissiyalarında islahatlar haqqında Avropa Şurası qarşısında öhdəliklər götürüb. «2005-ci ildə bu təkliflərin bir qismi qəbul edilib. Ancaq komissiyaların təkrkibi ilə bağlı əsas təklif nəzərə alınmayıb. Biz istəyirik ki, seçki komissiyalarının tərkibi real siyasi qüvvələrdən təşkil edilsin" - deyə o qeyd edib. AXCP sədri Əli Kərimli «Amerikanın səsi» radiosuna bildirib ki, müxalifət bu formatda müzakirələri qəbul etmir. Seçki komissiyaları iqtidar və əsas müxalifət partiyaları arasında partiet əsasda təşkil edilməlidir. O beynəlxalq təşkilatları əvvəllər paritiet əsaslarla bağlı qəbul etdiyi prinsipdən geri çəkilməkdə qınayır. «Açıq Cəmiyyət» partiyasının təmsilçisi Akif Şahbazov isə paritet prinsipini qəbul etmir. Onun fikrincə, seçkidə iştirak edəcək bütün tərəflər seçki institutlarının formalaşdırılmasında iştirak etməlidir. YAP icra katibinin müavini Mübariz Qurbanlı Prezidentin İcra Aparatının fikirləri ilə razıdır. Onun fikrincə, seçki komissiyalarının hazırki formatını dəyişmək düzgün olmaz. Ancaq iqtidar partiyasının da öz təklifləri var. Vətəndaş cəmiyyətinin nümayəndəsi politoloq İlqar Məmmədov isə müşahidəçi institutunun genişləndirliməsini istəyir. Onun fikrincə, siyasi iradə olarsa hazırki qanunvericiliklə də azad seçki keçirmək mümkündür.
XS
SM
MD
LG