Accessibility links

Azərbaycanda seçkilərə ictimai nəzarət necə həyata keçirilir


"Seçki 2008" Qeyri-Hökumət təşkilatları koalisiyası "Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmləri" mövzusunda dəyirmi masa keçirib. Tədbirdə prezidentliyə namizədlər, onların səlahiyyətli nümayəndələri, ekspertlər iştirak edib.

"İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi bildirib ki, müstəqillik dövründə indiki qədər sönük seçki prosesi olmayıb. Onun fikrincə, Azərbaycanda sanki seçki keçirildiyi hiss edilmir.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, seçki prosesi zəif olsa da, seçkilərin olacağı məhz mediadan hiss edilir. Onun qənaətincə, Azərbaycan seçicilərinin 90 faizi medianın təsiri ilə fikrini formalaşdırır. Ancaq mediada namizədlərin işıqlandırılması birtərəfli baş verir. Çünki

digər namizədlər isə çox zəif görünür.

"Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirov bildirib ki, ölkədə proporsional seçki sistemi ləğv edildikdən sonra partiyaların ictimai rəyə təsiri zəifləməyib. Hazırda prezidentliyə namizədlərin hansı partiyanın lideri olduğu barədə belə cəmiyyətin xəbəri yoxdur. Eyni zamanda, siyasi partiyalar sosial qrupların təmsilçisinə çevrilə bilmir.

"Seçki" Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, Azərbaycanda müşahidəçiliyin əhəmiyyəti qəbul edilmir. Sanki hakimiyyət tərəfindən müşahidəçiliklə bağlı bir qısqanclıq var.

Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu seçki prosesinin sönük olması fikri ilə razılaşmır. Onun fikrincə, cəmiyyət fəal deyilsə, seçkidə iştirak edənlər cəmiyyəti aktivləşdirə bilməz.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli seçki prosesinin formal xarakter daşıdığını deyib. Çünki prezidentliyə iddialılar xalqa nə verəcəyini deyil, nə alacaqlarını düşünür.

"İnternet" Forumunun prezidenti Osman Gündüz seçki ilə bağlı KİV-lərdə insanlar arasında təbliğatın zəif aparıldığını bildirib. Onun sözlərinə görə, hökumət öz resurslarından istifadə edərək seçicilərin fəallığını artırmaq üçün çalışmalıdır. İnsanların çoxu prezidentliyə namizədlərin adını belə bilmir.

YAP icra katibinin müavini, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı isə ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün tam şəraitin olduğunu deyib.

XS
SM
MD
LG