Accessibility links

Azərbaycanda səhiyyə sektoru islahatları layihəsi imzalanıb


Azərbaycan Səhiyyə nazirliyi ilə Dünya Bankı "Azərbaycan səhiyyə sektoru islahatları" layihəsini imzalayıb. Səhiyyə naziri Oqtay Şirəliyev layihəni Azərbaycanda səhiyyə sahəsində ilk böyük tutumlu sənəd adlandırıb. Onun sözlərinə görə, layihənin ümumi tutumu 86,75 milyon ABŞ dollarıdır və 6 ilə reallaşdırılacaq. Layihənin həyata keçirilməsi üçün Dünya Bankı 50 milyon, Azərbaycan hökuməti 28,5 milyon, ABŞ-ın Benyəlxalq İnikşaf Agentliyi 8 milyon, UNICEF 470 min, Ümumdünya Səhiyyə Təşkilatı isə 35 min dollar vəsait ayıracaq. Maliyyə naziri Samir Şərifov dövlət büdcəsində səhiyyə xərclərinin ilbəil artırıldığını bildirib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin siyasi iradəsi əhalinin sağlamlığının gücləndirilməsinə yönəlib. Dünya Bankının nümayəndəsi Qriqori Yedjeçak hesab edir ki, layihənin həyata keçirilməsi üçün Azərbaycan hökumətinin böyük potensialı mövcuddur. "Bu layihənin hazırlanması həm də Səhiyyə nazirliyi, Dünya Bankı, UNISEF, ABŞ-ın Beynəlxalq İnkişaf Agentilyi və Dünya Səhiyyə təşiklatının birgə fəaliyyətinin sübutudur". ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersin dediyinə görə, Amerika hökuməti Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə "Azərbaycanda ilkin səhiyyə sisteminin möhkəmlənməsi" layihəsinə 11 milyon dollar ayırmağı planlaşdırır. Səfir hesab edir ki, Dünya Bankının «Azərbaycanda səhiyyə sektoru islahatları» layihəsini maliyyələşdirməsi ölkənin çox mühüm bir dövrünə təsadüf edir. Xanım Dersin fikrincə, Ümumdaxili Məhsulun sürətli sıçrayışı yaşayış səviyyəsinə müsbət təsir etməlidir. Yeri gəlmişkən onu da qeyd edək ki, Dünya Bankının qiymətləndirməsinə görə Azərbaycanda dövlət səhiyyə xərcləri ümumi səhiyyə xərclərinin yalnız 20 faizini təşkil edir, qalan 80 faizini isə əsas etibarı ilə qeyri-rəsmi şəkildə cibdən ödənilən xərclər təşkil edir. "Azərbaycanda adambaşına dövlət səhiyyə xərcləri 20 dollar və ya Avropa və Mərkəzi Asiya regionundakından altı dəfə azdır. Bu isə Azərbaycanda adambaşına 95 dollar səviyyəsində cibdən ödənilən səhiyyə xərclərinin əmələ gəlməsinə səbəb olurr»-deyə sənəddə qeyd edilir.
XS
SM
MD
LG