Accessibility links

Senator Riçard Luqar Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib 


ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Riçard Luqarın Azərbaycana səfəri başa çatıb. O səfər çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul edilib və enerji məsələləri ilə bağlı bir sıra görüşlər keçirib. Azərbaycan prezident İlham Əliyev bu ilin aprelində ABŞ-a reallaşdırdığı səfərindən keçən dövrdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə inkişafının uğurla davam etdirildiyini bildirib. «Bu münasibətlər dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır». Dövlət başçısı Azərbaycan tərəfinin senator Luqarın səfərinə böyük önəm verdiyini də qeyd edib. «Hesab edirəm ki, səfəriniz qarşılıqlı münasibətlərimizin və strateji əhəmiyyət daşıyan əlaqələrimizin çox gözəl göstəricisidir»-deyə cənab Əliyev vurğulayıb. Senator Luqar isə prezident İlham Əliyevin Vaşinqtona səfərinin ABŞ tərəfi üçün çox əhəmiyyətli olduğunu liqqətə çatdırıb. «Ölkəmizin iqtisadiyyatının heyranedici sürətlə inkişafı məndə gözəl təəssüratr yaradır. Azərbaycan xalqının rifahına yönəldilmiş bu cür inkişafa hətta bir çox ölkələr belə nail ola bilmir» . ABŞ Senatının Xarici Əlaqəlr Komitəsinin sədir Azərbaycandan Gürcüstana gedib.
XS
SM
MD
LG