Accessibility links

"Sərhədsiz reportyorlar" Azərbaycan hakimiyyətini müxbiri həbsdən azad etməyə çağırıb


«Turan» Agentilyinin məlumatına görə, mətbuat azadlığının müdafiəsi sahəsində məşhur "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı Azərbaycan hakimiyyətindən Naxçıvanda həbs edilmiş "Yeni Müsavat" qəzetinin regional müxbiri Həkimeldostu Mehdiyevi azad etməyi tələb edib. «Biz həmçinin Milli Təhlükəsizlik Nazirliyini Mehdiyevin ailəsinin təqibini dayandırmağa çağırırıq", - deyə həbs edilmiş jurnalistin qardaşlarına məxsus ticarət obyektlərinin bağlanması ilə əlaqədar təşkilatın press-relizində deyilir. Sənəddə həmçinin qeyd edilib ki, jurnalistin həbsi onun MTN bölməsində tənqidi məqalələr yazmağa son qoymaq tələbi ilə döyülməsindən sonra baş verib. Mehdiyev məhkəmə tibbi ekspertizasından keçmək istədikdə isə onu polis aparıb, məhkəmə isə 15 gün müddətinə həbs edib. Bu zaman onu polisə müqavimət göstərməkdə ittiham ediblər.
XS
SM
MD
LG