Accessibility links

Azərbaycanda korrupsiya ilə bağlı şikayətlərin çoxu məhkəmələrdəndir


«Şəffaflıq Azərbaycan» təşkilatı ATƏT, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Böyük Britaniya səfirliyinin dəstəyi ilə İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi layihəsinin yerinə yetirilmə vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib. Mərkəzin rəhbəri Yusif Abbasov bildirib ki, layihə çərçivəsində Bakı, Gəncə, Lənkəran, Quba və Şəkidə proqramlar həyata keçirilir. Onun sözlərinə görə, son üç ayda mərkəzə 2089 şikayət daxil olub. Cənab Abbasovun sözlərinə görə, ölkədə korrupsiya halları ilə bağlı qəbul olunan şikayətlərin çoxu məhkəmələrdəndir. Mərkəzin hakimiyyət orqanlarına göndərdiyi bu şikayətlərin cəmi 19-zu həllini tapıb. Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov vətəndaşların korrupsiyaya qarşı mübarizə sahəsində aktivliyi fonunda hökumətin reaksiyasının müsbət olmadığını bildirib. Cənab Mövsümov korrupsiyanın səviyyəsinin azaldılması üçün ölkə səviyyəsində kompleks tədbirlərin görülməsini vacib sayır. Onun fikrincə, bir və ya bir neçə məmurun vəzifədən azad edilməsi və ya həbsi yetərli deyil. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev hesab edir ki, şikayətlərin baxılması formatı dəyişdirilməlidir. Belə ki, hazırkı anda bir çox hallarda şikayət edilən orqanın özü həmin şikayəti araşdırır.
XS
SM
MD
LG