Accessibility links

Azərbaycan-ABŞ münasibətləri yüksələn xətlə inkişaf edir


Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər son dövrlər daha sıx inkişafdadır.

Şöbə müdiri Azərbaycan xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı əlaqələrin daha da inikşafı ilə bağlı fikir mübadiləsi aparılacağını bildirib. O ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlansması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib və Xocalı soyqırımı barədə Dövlət Departamentinin bəyanatına görə minnətdarlıq edib. N.Məmmədov İran prezidentini müşaiyyət edən vertolyotların Azərbaycan sərhəddini pozmasını qonşular arasında yaxşı hal olmadığını bildirib.

XS
SM
MD
LG