Accessibility links

ABŞ Dövlət katibinin müavini Azərbaycanda səfərdədir


Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mənni qəbul edib. XİN-in mətbuat xidmətinin məlumatına görə, cənab Mənn Transxəzər layihəsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Orta Asiya enerji daşıyıcılarının tranzitində iştirakının ölkə üçün strateji və iqtisadi əhəmiyyət kəsb edəcəyini qeyd edib. Nazir E.Məmmədyarov da Azərbaycanın fəal enerji siyasəti yürütdüyünü bildirib. «ABŞ-la uğurlu qurulmuş enerji dialoqu qurmuşuq, Avropa ölkələri ilə enerji təhlükəsizliyi ilə bağlı intensiv danışıqlar aparırıq. Azərbaycan danaşıqlarda öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, öz ehtiyatlarının Avropa enerji bazarına çıxarılması yönündə iş aparır». Nazir Orta Asiya ölkələri ilə qurulmuş faydalı əməkdaşlıq, Türkmənistanla aparılan danışıqlar haqda da məlumat verib, bu əməkdaşlıqda Azərbaycanın maraqlı olduğunu bildirib. Tərəflər Azərbaycan-ABŞ arasında enerji sahəsində dialoqun davam etdirilməsini zəruri hesab etdiklərini vurğulayıb.
XS
SM
MD
LG