Accessibility links

Azərbaycanın su təchizatında problemlər mövcuddur


Ceyranbatan su anbarından Bakıya qədər yeni magistral su kəməri yaxın günlərdə istismara veriləcək. "Azərsu" cəmiyyəti müasir şüşə lifli boruların istifadəsi ilə bu kəmərin 9,6 km-nin tamamlamlanış hissəsinin tikintisini başa çatdırıb. Kəmər vasitəsilə paytaxta əlavə olaraq 1,25 kub.m/saniyə su veriləcək. Bu barədə "Azərsu" ASC-nin prezidenti Nizaməddin Rzayev bildirib. Onun sözlərinə görə, ölkənin yalnız 50% rayon mərkəzlərində mərkəzi su təchizatı sistemi tikilib və əhaliyə verilən içməli su standartlara cavab vermir. Cənab Rzayev ötən il dövlət büdcəsi hesabına 21 rayonda su təchizatı və kanalizasiya sistemlərinin əsaslı təmir olunduğynu, Bakıda 10 min kubmetr tutumlu su anbarı tikildiyini bildirib. Azərsunun prezidenti deyib ki, Dünya Bankının əlavə krediti hesabına Bakıda 80 km su verilişi xətləri də dəyişdirilib. «Bu tədbirlərin nəticəsində 200 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bu ilin iyunda Asiya İnkişaf Bankının krediti hesabına Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin rekonstruksiyasına başlamaq planlaşdırılır. 39,9 mln dollar dəyərində isə işləri 2008-ci ilin sonuna qədər tamamlamaq planlaşdırılır. İyunda həmçinin Almaniyanın KFW bankı ilə 37,3 mln. Euro məbləğində kredit sazişi imzalanacaq. Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, DB və İslam İnkişaf Bankı ilə ölkənin bir sıra rayonlarında su təchizatı sistemlərinin bərpası üçün kreditlərin ayrılmasına dair danışıqlar aparılır»-deyə o qeyd edib. Cənab Rzayev 244 kilometr uzunluğunuda olacaq Oğuz-Bakı içməli su kəmərinin çəkilişi üzrə tenderi Almaniya şirkətinin uduğunu və bu kəmərin tikinitisnin 2008-ci ildə başa çatacağını bildirib. O ölkədə su sayğaclarının quraşıdırılmasının 2008-ci ildə başa çatacağını deyib. «Azərsu»nun prezidentinin sözlərinə görə, su sayğaclarının quraşdırılması izafi su sərfinin qarşısını alır. Cənab Rzayev su kəmərlərinin terror təhlükəsinə qarşı ciddi qorunduğunu önə çəkib. O Amerikanın səsi radiosunun sualının cavabında bildirib ki, Bakı şəhərinə dörd mənbədən su alınır, bütün mənbələr və kəmərlər hərbiləşdirilmiş xüsusi alay tərəfindən qorunur. Öz növbəsində Milli Ekoloji Proqonozlaşdırma mərkəzinin rəhbəri Telman Zeynalov ölkədə su təchizatı sisteminin bərbad vəziyyətdə olduğunu bildirir. Onun fikrincə, ölkədə su təchizatı sisteminin yeniləşdirliməsi üçün azı 50 il vaxt tələb olunur. Ekspert əhaliyə verilən içməli suyun keyfiyyətinin də standartlara cavab vemədiyini bildirir. Cənab Zeynalov ilkin olaraq əhalinin su təmizləyici filtrlərlə təmin olunmasının vacibliyini önə çəkir.
XS
SM
MD
LG