Accessibility links

Azərbaycan Əfqanıstanda sülhməramlılarının sayını iki dəfə artırıb


Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlılarının sırasına əlavə edilmiş 45 nəfərlik yeni hərbi kontingent bu gün yola salınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Milli Məclis 2008-ci ilin oktyabrında Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən hərbiçilərin sayının daha 45 nəfər artırılması barədə qərar qəbul edib. İndiyədək isə 47 nəfər Azərbaycan sülhməramlısı Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində Əfqanıstanda qulluq keçirdi.


XS
SM
MD
LG