Accessibility links

Avropa Şurası Azərbaycana 47 müşahidəçi göndərəcək


Avropa Şurası isə bu gün bildirib ki, bu qürümün Parlament Assambleyasının 47 nəfərlik nümayəndə heyəti Niderlanddan olan deputat Leo Platvoetin başçılığı ilə Azərbaycanda keçiriləcək parlament seçkilərini ATƏT və Avropa Parlamenti müşahidəçiləri ilə yanaşı müşahidə edəcək. Cənab Platvoet seçici barmaqlarının mürəkkəbə batırılması prosedurunun tətbiqi və seçki prosesinə müdaxilə edən rəsmilərin mühakiməyə cəlb olunması kimi şəffaf seçkilərin keçirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını dəstəklidiyini bildirib. “Bu tədbirlər öncə baş verən səfərimiz zamanı Prezidentə etdiyimiz bəzi tövsiyələrə cavabdır və demokratik seçkilərin keçirilməsinə öz töhfəsini verəcəkdir. Bu əlverişli imkan Azərbaycanın təşkilatımızın üzvü kimi öhdəliyinə götürdüyü Avropa Şurasının demokratik standartlarını nümayiş etdirməyə imkan yaradacaqdır”-deyə o qeyd edib.
XS
SM
MD
LG