Accessibility links

Azərbaycanda təbii qazın əhaliyə satış qiyməti iki dəfəyədək artırılıb



Azərbaycan Tarif (qiymət) Şurası əhali istehlakçı qrupuna satılan qazın qiymətiniiki dəfəyədək qaldırıb. Bu barədə şura bu gün qərar qəbul edib.
Qərarda deyilir ki, Tarif (qiymət) Şurası “Azəriqaz” QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair müraciəti müzakirə edib və təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması məqsədi ilə, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsi nəzərə alınaraq hər 1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib.



XS
SM
MD
LG