Accessibility links

ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda tariflərlə bağlı təlimlər keçir


Bakıda ABŞ Beynəlxalq İnkişaf AgentilyiTarif Şurasının işçiləri və enerji sektorunda qərar qəbul edən, təkliflərin hazırlanmasında iştirak edən orqanların əməkdaşları üçün treninqlərə başlayıb. Tədbir «Azərbaycanda dövlət kommunal xidmətlərinin tənzimlənməsi» layihəsi çərçivəsində gerçəkləşdirilir. Treninqlərdə beynələxalq ekspertlərlə yanaşı Azərbaycanın İqtisadi İnkişaf, Sənaye və Energetika Nazirliyinin, «Azərenerji», «Azərsu» Dövlət şirkətinin, kommunal xidmət subyektlərinin əməkdaşları iştirak edir. ABŞ Beynəlxalq İnkişaf Agentilyinin Azərbaycan üzrə koordinatoru Skott Teylor bildirib ki, Azərbaycanda Kommunal Xidmətlərinin Nizamnaməsinin İnkişafı layihəsi 2004-cü ildən həyatat keçirilir. «O zamandan bəri Milli Məclisin, hökumət orqanlarının, qeyri-hökumət təşikilatlarının nümayəndələri tənzimləyici islahatlara, idarəetmənin inkişafına, müxtəlif texniki mövzülara həsr olunmuş seminarlarda iştirak edib və xarici ölkələrin təcrübəsini öyrənib. Tədbirlərdə Azərbaycanlı ekspertlər nizamlayıcı nəzəriyyələr, tariflərin yenidən müəyyənləşdirilməsi prinsipləri, lisenziya əsasında həyata keçirlən işgüzar fəaliyytətlərin və regional enerji bazarlarının monitorinqi barədə biliklərə nail olub». Layihənin Enerji siyasətində araşadırmalar üzrə regional mərkəzinin direktoru Peter Kaderjak hesab edir ki, enerji sahəsində Azərbaycan Tarif Şurasının yerinə yetirdiyi işlər beynəlxalq təcrübəyə tam uyğundur. «Azərbaycan iqtisadiyyatı üçün böyük imkanlar açılıb. İqtisadi inkişafın əsas fəlsəfəsi təkcə neft-qaz sənayesinin inkişafına deyil, qeyri-neft sektorunun inkişafına da əsaslanmalıdır. Tarif Şurası qiymətlərin, o cümlədən kommunal xidmətlərin qiymətlərinin tənzimlənməsi üçün faktiki problemləri aradan qaldırmalıdır». Azərbaycan Tarfi Şurasının katibliyinin rəhbəri Elşən Əsədovun sözlərinə görə, proqramın Azərbaycanda tariflərin beynəlxalq standartlara uyğunlaşıdırıması üçün mühüm köməyi olub. O kommunal xidmətlərin tariflərinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün işlər aparıldığını da bildirib. Cənab Əsədov nəqliyyat, tibb və rabitə tarifləri ilə bağlı yeni təkliflər üzərində işlərin davam etdirildiyini də diqqətə çatdırıb.
XS
SM
MD
LG