Accessibility links

Cənubi Qafqaz Rusiya ilə NATO arasında


Sülh və Münaqişələr mərkəzi "Qütbləşmiş və balanslaşdırılmış təhlükəsizlik: Cənubi Qafqaz Rusiya ilə NATO arasında" mövzusunda dəyirmi masa keçirib. Mərkəzin direktoru Elxan Mehdiyev bildirib ki, təhlükəsizlik baxımından regionda ən yaxşı durum Ermənistandadır. Belə ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, Rusiya ilə müttəfiqlik müqaviləsi var və Azərbaycanla bərabər olaraq NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına daxildir, fərdi tərəfdaşlıq planını həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan sanki təhlükəsizlik vakuumunda yerləşir. Ölkə heç bir təhlükəsizlik müqaviləsinə daxil deyil. Ekspertin fikrincə, Gürcüstan təhlükəsizliyini NATO-da görür və bunu birmənalı bəyan edib. Gürcüstan dövləti və xalqının mövqeyi də eynidir. Ekspertlər Azərbaycanın təhlükəsizliyinin təminatının müstəqilliyin qorunması və ərazi bütövlüyünün təminatında olduğunu bildirib. Eyni zamanda, təhlükəsizliyin həm də demokratiya, azad seçkilər, sosial ədalət və şəffaflığın təmin edilməsindən asılı olduğunu önə çəkiblər. “Rusiya və İran əsrlər boyu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün təhdid olub. Bu səbəbdən də Azərbaycan coxqütblü dövlətlərin təhlükəsizlik birliyinə can atmalıdır. NATO isə Azərbaycanın ərazi bütövlüyünün təminatında hələ öz töhfəsini verə bilmir. Çünki bu təşkilat üzvləri arasında konsensus yoxdur", - deyə İqtisad Universitetinin alimi Nazim Cəfərov bildirib. Gənclər Klubunun üzvü Zaur Əkbərov isə hesab edir ki, gənclik birmənalı olaraq NATO-ya üzvülük məsələsinin müzakirəyə çıxarılmasını dəstəkləyir.
XS
SM
MD
LG