Accessibility links

Azərbaycanın ali məktəblərinə xarici tələbə axını sürətlə artır


Azərbaycan Təhsil naziri Misir Mərdanov qanusuz yollarla universitetlərə qəbul edilmiş tələbələrə diplom verilməyəcəyini bəyan edib. O bu gün keçirdiyit mətbuat konfransında deyib ki, lisenziya müddəti başa çatmış Müstəqil Azərbaycan Universiteti qanunsuz olaraq 1700 tələbə qəbul edib. Təhsil naziri Azərbaycanın ali məktəblərində təhsil alan xarici tələbələrin sayının sürətlə artmaqda olduğunu bildirib. Onun sözlərinə görə, xarici tələbəlrin əsas istiqaməti neft və neft kimyası sahəsidir. Cənab Mərdanov ölkədə orta ixtisas təhsilinin inkişafı üçün beş illik proqram hazırlandığını diqqətə çatdırıb. Onun fikrincə, Azərbaycan kimi inikşafda olan ölkələr üçün peşə təhsilinin böyük əhəmiyyəti var. Nazir son altı ildə orta məktəb dərsliklərinin milliləşdirildiyini deyib. Onun sözlərinə görə, bütün dərsliklər yenidən yazılıb və təkmilləşdirmə prosesi davam etdirilir. Cənab Mərdanov orta məktəblərin buraxılış imtahanlarının gələcəkdə test üsulu ilə keçiriləcəyini bildirib. O bu il test üsulunun sınaq olaraq iki rayonda tətbiq ediləcəyini deyib. Nazir müəllimlərin əmək haqqının aşağı olmasını təhsilin ən böyük problemi sayır. O Amerikanın səsi radiosunun sualının cavabında bildirib ki, müəllimlərin əmək haqqının artırılması məsələsi ölkə prezidentinin diqqətindədir. Cənab Mərdanov təhsil sisteminin maliyələşdirilməsinnin gələcəkdə vahid mərkəzdən idarə ediləcəyinə ümid edir. O Amerikanın səsi radiosunun sualının cavabında, Azərbaycanda təhsilin adambaşına maliyyələşdirilməsi məsələsinə də aydınlıq gətirib.
XS
SM
MD
LG