Accessibility links

Azərbaycanda təhsil sisteminin çoxsaylı problemləri var


Azərbaycan təhsil sisteminin rəhbər işçilərinin respublika konfransı keçirilib. Tədbirdə Prezidentin İcra Aparatının rəhbəri, Prezident yanında Təhsil komissiyasının sədri Ramiz Mehdieyv, bir çox nazirlər, nazir müavinləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Konfrans tənqid və özünütənqid notları üzərində qurulub. Təhsil komissiyasının sədri Ramiz Mehdiyev təhsil, təlim və tərbiyə sistemindəki problemlərlə bağlı geniş çıxış edib. Onun fikrincə, hökumət problemlərin aradan qaldırıliması üçün çoxsaylı proqramlar həyata keçirir. Cənab Mehdiyevin sözlərinə görə, məktəbəqədər təbiyə müəssisələri modernləşdirilməli və onların maddi-texniki bazası möhkəmləndirilməlidir. O uşaq bağçalarında çalışan müəllimlərin təkmiləşməsinəyə ehtiyac duyulduğunu, Azərbaycan dilində uşaq ədəbiyyatının az olduğunu, uşaqların kompyuter oyunlarına aludəliliyini və bunun onların "aqressiv" əhval-ruhiyyədə böyüməsinə təsir göstərdiyini bildirib. İcra Aparatının rəhbəri ibtidai və orta təhsil sahəsində problemlərin həllini gözlədiyini önə çəkib. Onun fikrincə, bu sahədə də ciddi islahatlara ehtiyac duyulur. Cənab Mehdiyev texniki-peşə təhsilinin inkişafını vacib sayır. O ölkədə ehtiyat əmək qüvvəsinin yaranmasında texniki-peşə təhsilinin rolunun güclənldirilməsini istəyir. Təhsil komissiyasının sədri neqativ hallardan biri kimi rus dilinin tədrisinin zəifləmsini göstərib. «Azərbaycanda Avropadakı kimi iki xarici dilin öyrənilməsi vacibdir. Onlardan biri rus, digəri isə avropa dillərindən biri olmalıdır». Ali təhsil sistemi haqqında danışarkən Mehdiyev özəl ali məktəblərdə korrupsiya hallarının yüksək olduğunu və korrupsiya halları ilə Antikorrupsiya idarəsinin məşğul olacağını bildirib.«Məktəblərin ayrı-ayrı şəxslərin gəlir mənbəyinə çevrilməsinə imkan vermək olmaz». Təhsil Naziri Misir Mərdənov da çıxışını təhsilin mövcud problemlərinə və onun aradan qadırılması yollarına yönəldib. O milli konsepsiyanın təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasını, təhsilin demokratikləşdirilməsini, maddi texniki bazanın möhkəmləndirilməsini nəzərdə tutduğunu deyib. Təhsil naziri uşaq bağçalırında maddi texniki bazanın aşağı olduğunu və vəsaitin çatmadığını bildirib. Onun fikrincə, bu sahədə irəliləyişə nail olmaq üçün 1758 uşaq müəssisəsinin hər biri təhlil edilməklə dövlət proqramı hazırlanıb, ancaq Nazirlər Kabineti hələ də proqramı təsdiq etməyib. Nazir 1998-2005-ci illərdə 700 yeni məktəb binasının tikildiyini, min məktəbin əsaslı təmir edildiyini və 43 məktəbin yenidən qurulduğunu deyib. 2006-cı ildə 230 məktəbin inşasına başlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə isə 132 məktəb binası tiklib, 23 internat məktəb yenidən qurulub, 90 uşaq bağçası təmir edilib. Bu dərs ilində də fondun hesabına daha 90 məktəb tikiləcək, 10 məktəb yenidən qurulacaq. Bununla yanaşı, çoxsaylı problemlər hələ də həllini gözləyir. O məktəblərin komputerləşdirmə proqramının uğurla həyata keçirildiyini və orta məktəblərin pulsuz dərsilklə təmin edildiyini diqqətə çatldırıb. Nazirin sözlərinə görə, ölkədə hər 9 şagirdə bir müəllim düşür. Bununla yanaşı, ucqar rayonlarda bəzi ixtisaslar üzrə müəllimlər çatışmır, şəhərlərdə müəllim sıxlığı mövcuddur. Cənab Mərdanov məktəb rəhbərlərinin atesstasiyasının vacibliyini də önə çəkib. «Orta təhsil sistemində neqativ halların yaranmasına səbəb olan amillərdən biri də əmək haqqlarının azlığıdır». Cənab Mərdanov texniki-peşə təhsili roblemləri barədə açıq danışıb. Onun sözlərinə görə, orta məktəbləri bitirənlərin cəmi 5-7 faizini texniki-peşə təhsilinə cəlb etmək mümkündür. Nazir bunun səbəblərinə də aydınlıq gətirib. Cənab Mərdanov ali təhsilin probemlərinldən də danışıb. O bir çox özəl ali məktəbdlərin qanunvericilik daxilində fəaliyyət gösətərmədiyini deyib. «Bu il Müstəqil Azərbaycan universitetinə lisenziya vermədik, Kopperasiya instiutuna qəbul keçirmədik, xarici ölkələrin ali məktəblərinin Azərbaycandakı filialarını ləğv etdik, özəl universitetlərdə hüquq və tibb fakültələrinin fəaliyyətini dayandırdıq»-deyə o qeyld edib.
XS
SM
MD
LG