Accessibility links

Terri Devis: `Azərbaycanda həbsdə olan jurnalistlərin sayı məni narahat edir`


Jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs edildiyi bir yerdə əsl ifadə azadlığı və əsl demokratiya ola bilməz. Bu barədə Avropa Şurasının baş katibi Terri Devis bəyanatında deyilir. “Azərbaycanda həbsdə olan jurnalistlərin sayı məni narahat edir və ölkə hökumətini qətiyyətlə bütün bu işlərə təcili olaraq yenidən baxmağa çağırıram”-deyə baş katib qeyd edib.
Həmçinin, martda referenduma çıxarılması təklif edilən düzəlişlər də məni narahat edir. Bu düzəlişlər KİV azadlığını bir az da məhdudlaşdıra bilər. Şəxsi həyatın müdafiəsi haqda təklif edilmiş müddəalar çox genişdir və Avropa İnsan Hüquqları Konvensiyasına zidd şəkildə istifadə oluna bilər.
Avropa Şurası şəxsin şəxsi həyatının müdafiəsi və ifadə azadlığının tarazlaşdırılması üzrə məsləhət verməyə hazırdır. Amma bu, yalnız üzv ölkənin bu barədə xahiş edəcəyi halda edilə bilər” deyə cənab Devis bildirib


XS
SM
MD
LG