Accessibility links

Terri Devidson: ABŞ xarici radiolarla bağlı Azərbaycan hökumətindən cavab gözləyir


ABŞ tərəfi xarici radiolarla bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan hökumətindən cavab gözləyir. Biz hesab edirik ki, danışıqların əsas məzmunu radioların FM tezliyində yayımının bərpası ətrafında olmalıdır. Bu barədə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson “Amerikanın səsi”nə bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti danışıqlara hazır olduğu barədə Amerika tərəfini xəbərdar etdikdən sonra Amerika Beynəlxalq Yayım Şurasının nümayəndələri müzakirələri davam etdirmək məqsədilə Azərbaycana səfər edəcək. “Amerika Beynəlxalq Yayım Şurasının nümayəndə heyəti hər zaman Azərbaycana səfər etməyə hazırıdır. Danışıqların vaxtını Azərbaycan hökuməti təyin etməlidir”-deyə o qeyd edib.


XS
SM
MD
LG