Accessibility links

Azərbaycan məhkəməsi yeddi nəfəri terrorçuluğa hazırlığa görə cəzalandırıb


Azərbaycanın Ağır Cinayətlərə dair İşlər üzrə məhkəməsi 7 nəfər barədə 9 ildən 15 ilədək həbs hökmü çıxarıb. Həmin şəxslər Cinayət Məcəlləsinin terrorçuluğa hazırlıq, qanunsuz partlaycı maddələr əldə etmə və saxlama, qanunsuz partlayıcı maddələr və qurğuların hazırlanmasına cəhd maddələri ilə təqsirli bilinib. Dəstə 2005-ci il iyulun 12-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Novxanıdakı bağ evində həbs edilib. Nazirliyin ictimaiyyətlə əlaqlər mərkəzinin məlumatına görə, bağ evinə baxış zamanı “Camaat əl-Muvahhidun” qrupunun adından Azərbaycanı dünyəvi dövlətçilik, habelə antiterror siyasət kursundan çəkindirmək məqsədi ilə hədələyici bəyanat, 5 ədəd trotil şaşkası, 3 ədəd elektrik detonatoru, 1 ədəd alovötürücü qaytan, partlaycı maddə və qurğular hazırlanması üçün istifadə olunan müxtəlif kimyəvi maddələr, sxemlər, təlimatlar və terror üçün nəzərdə tutulan başqa ləvazimatlar götürülüb. Mətbuat mərkəzi bildirir ki, istintaq zamanı müəyyən edilib ki, dəstənin rəhbəri İlkin İsmayılov antiterror koalisiyası qüvvələrinə qarşı Əfqanıstan və İraq ərazisində aparılan terrorçuluq hərəkətlərində iştirak etmək üçün ətrafına həmfikirlər toplayıb. O, tərəfdarları Emil Novruzov, Vüsal Bayramov, Faiq Kərimov, Emin Əkbərov, Fərid Aslanov və Tərlan Əlimərdanov ilə cinayət əlaqəsinə girərək, “Camaat əl-Muvahhidun” qrupunu yaradıb və əmir seçilib. İlkin İsmayılov qrupun üzvlərinin döyüş və terrorçuluğa hazırlıqı məqsədi ilə Orta Şərq ölkələrinin birində yerləşən hərbi düşərgələrdə xüsusi təlim keçmələk qərarına gəlib. Aprelin 12-də İsmayılov saxta pasportla dövlət sərhəddini keçərək İrana gedib və sonra qrupun üzvləri İranın Zahedan şəhərinə gələrək məscidlərdə yerləşib. Onlar Zahedan şəhərində olarkən Əfqanıstan və İraqda koalisiya qüvvələrinə qarşı döyüşlərdə iştirak edən mücahidlər arasında dini baxışlarına görə fikir ayrılığı yarandığından yenidən Azərbaycana qayıdıb. Bundan sonra , qrup “cihad”ı Azərbaycan Respublikasında həyata keçirməyi qərara alıb. Qrupun üzvləri antiterror koalisiyasına üzv dövlətlərlə əməkdaşlıq edən Azərbaycanın hakimiyyət və hüquq mühafizə orqanları rəhbərlərinin fiziki məhv edilməsini, ABŞ, İsrail və Rusiyanın Bakı şəhərindəki səfirlik və nümayəndəliklərinin, Dövlət Neft Şirkətinin, Milli Bankın, Hökumət Evinin və digər strateji obyektlərin partladılmasını, əhali arasında vahimə yaratmaq üçün insanların daha çox cəmləşdiyi yaşayış və istirahət yerlərində partlayışlar törətməyi, terrorçuluq aksiyaları həyata keçirdikdən sonra isə bu haqda internet vasitəsi ilə məlumat yaymağı planlaşdırıb. Qrup üzvləri Bakının Novxanı bağ massivində ev kirayə edərək hazırlıq işlərinə və təlimlərə başlayıb. Elə bu zaman da həbs ediliblər. Qrupun məhkəmə prosesi bütövlükdə qapalı keçdiyindən nə onların vəkilləri, nə də məhkəmədə baş verənlərlə bağlı hər hansı məlumat əldə etmək mümükn deyil. Hüquq müdaifəçiləri isə hesab edir ki, belə məhkəmələr ictimaiyyətin və mətbuatın iştirakı ilə keçirilməlidir. Hüquq müdaifəçisi Səidə Qocamanlının fikrincə, məhəkənin açıq olmasının mühüm tərbiyəvi əhəmiyyəti olardı. Xanım Qocamanlı barəsində hökm çıxarılan şəxslərin Apelyasiya qaydasında şikayət edəcəklərini güman edir. O hüquq müdafiəçilərinin monitorinq qrupunun qrupp üzvlərinin həbsxanada saxlanma vəziyyətini davamlı öyrənəcəyini bildirir. Onu da qeyd edim ki, aprelin 19-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Al-Kaida ilə əlaqədə suçlu bilinən 16 nəfərlik daha bir qrupa hökm oxunacağı gözlənilir.
XS
SM
MD
LG