Accessibility links

Bakı-Aktau marşurutu ilə uçan təyyarə indikasiya sisteminin işləməməsindən qəzaya uğrayıb  


Dekabrın 23-də Bakı-Aktau marşrutu ilə uçan AN-140-100 təyyarəsinin qəzaya uğrama səbəblərinin təhqiqatı ilə bağlı "AZAL" dövlət şirkətində mətbuat konfransı keçirilib. Şirkətin prezidentiı Cahangir Əsgərov deyib ki, təyyarənin dənizin dibindən çıxarılan "qara qutu"sunda yazılar qalır və hazırda öyrənilir. Onun sözlərinə görə, "qara qutu"nun materiallarının öyrənilən hissəsi müəyyən ilkin nəticələrə gəlməyə imkan verir. "Yəni, hava məkanında təyyarənin vəziyyətini göstərən cihazlarda indiksiya itib. Pilot böyürə, yuxarı, aşağı uçma vəziyyətini müəyyən edə bilməyib. Təyyarə buludun içərisində olub və bu zaman hava gəmsiini yalnız cihazlar idarə edir. Belə vəziyyətdə isə indikasiya itib. Səbəbləri hələ bəlli deyil, ancaq öyrənilir ". Texniki komissiyanın sədri İlham Əmirov AN-140 təyyarəsinin qəza xronikasını sadalayıb. «Təyyarə Bakı beynəlxalq aeroportundan saat 22.19-da qalxıb və 8 dəqiqə sonra dispetçer nəzarət məntəqəsinin radarlarından itib. Uçuşun başlanğıcından təyyarənin marşrut traektoriyasından kənara çıxması müşahidə edilib. Sağ tərəfə Aktauya getmək əvəzinə təyyarə sol tərəfə hərəkət edib. Dispetçer məntəqəsinin audioyazı məlumatlarına əsasən təyyarə kapitanı əvvəlcə yüksəkliyə qalxma parametrləri barədə məlumat verib. Amma nəyinsə qaydasında olmadığını hiss edən kapitan "biz hara gedirik" deyə soruşub və sonra "bizim azimutlar hansıdır" deyə sualını dəqiqləşdirib və əvəzində dispetçer uyğun məlumatları verib. 5 dəqiqə 40 saniyədə dispetçer heyətdən "sizin hər hansı probleminiz varmı" deyə soruşub və cavabında kapitan "hə problemlər var, bizim sistemlər işləmir" deyə bildirib.Daha sonra pilotun "biz hansı yüksəklikdəyik" sualına dispetçer 2 min metr yüksəlikdə olduqları cavabını verib və "siz sahil ətrafında hərlənirsiniz" ifadəsini əlavə edib. Bundan sonra axtarış həyəcanı elan edilib. Təyyarə havada spiralvari dairələr cızaraq enməyə başlayıb. Avialayner sahildən 60-70 metr aralı su səthinə düşüb. Güclü zərbə nəticəsində təyyarənin bir hissəsi yenidən havaya qalxıb və sahilə düşüb. Bütünlükdə təyyarənin qalıqları 500-550 metr məsafədə sahil boyu yayılıb»-deyə o qeyd edib. . AN-140 təyyarəsini istehsal edən Xarkov aviasiya istehsalı müəssisəsinin baş direktoru Pavel Naumenkonun sözlərinə görə, "qara qutu"nun məlumatları əsasında alınmış ilkin məlumatlar təyyarənin mühərrik və elektrik təhcizatı sisetminin normal rejimdə işlədiyini göstərib. «Qalxma prosesi də normal şəkildə yerinə yetirilib. Amma yüksəkliyə qalxma prosesində ekipajın hava laynerinin havadakı vəziyyəti barədə informasiya almaq imkanları itib». Terror mümkünlüyü sualına cavab verən C.Əsgərov qeyd edib ki, həlak olanların qalıqlarında və təyyarənin hissələrində partlayıcı maddənin izləri aşkar olunmayıb. Yeri gəlmişkən bildirim ki, AN-140 təyyarəsimnin qəzaya uğraması nəticəsində 18 sərnişin və 5 heyət üzvü həlak olub. Sığorta ödənişləri nəzərə alınmaqla həlak olanların hər birinin ailəsinə 25 min dollar ödəniləcək. Bundan əlavə, heyətin hər bir üzvünün ailəsinə 10 min dollar aviasiya sığortası ödəniləcək. Bundan başqa isə həlak olanların uşaqları 16 yaşına çatana qədər aylıq vəsaitlər müəyyən ediləcək. "AZAL" özü isə sığorta qaydasına uyğun təyyarənin qəzaya uğramasına görə 8,5 milyon dollar alacaq.
XS
SM
MD
LG