Accessibility links

Azərbaycan prezidenti ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Dövlət başçısı bildirib ki, ABŞ Ticarət Palatası iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır. «Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq əvvəllər enerji sektoru ilə məhdudlaşırdısa, indi getdikcə iqtisadiyyatın digər sahələrini də əhatə edir. Amerikanın böyük şirkətlərin bundan sonra da Azərbaycana gələcəyinə ümid edirəm». ABŞ Ticarət Palatası nümayəndə heyəti adından bu ölkənin Azərbaycandakı səfiri Rino Harniş danışıb. O bildirib ki, iqtisadi və ticarət əlaqələri Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığında mühüm rol oynayır. Cənab Harniş Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında qarşıdakı altı ay üçün fəaliyyət planının razılaşdırıldığını da diqqətə çatdırıb.
XS
SM
MD
LG