Accessibility links

Ekspert: Azərbaycanda bələdiyyə mülkiyyəti məsələsi həll edilməyib


Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli Azərbaycanda bələdiyyə mülkiyyətləri ilə bağlı məsələnin axıradək həll edilmədiyini bildirib.

Onun sözlərinə görə, icra hakimiyyətləri ilə bələdiyyələr arasında mülkiyyət bölgüsü hələ tam başa çatmayıb.

“Bir çox icra hakimiyyətləri bələdiyyə mülkiyyətləri ilə bağlı qərarlar qəbul edir. Mülkiyyətin idarə edilməsində yetərli dərəcədə rol oynayır”.

Ekspert bələdiyyə torpaqlarının xəritələşdirilməsinin də başa çatmadığını deyib.

Belə ki, bir çox dövlət orqanlarının mülkiyyətləri bələdiyyə torpaqlarında yerləşir və buna görə bələdiyyələrə icarə haqları ödənilmir.

XS
SM
MD
LG