Accessibility links

Tomas Hammarberq: «Jurnalistlərin böhtan xarakterli məlumatlara görə həbsinə son qoyulmalıdır»


«Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yekun nəticə çıxarmaq hələ tezdir. Çünki yekun hesabat üzərində işləyəcəyik».Bu barədə Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq bu gün «Amerikanın səsi» radiosunun Azərbaycanda isnan hüquqlarının vəziyyəti ilə bağlı sualının cavabında bildirib. Bununla yanaşı onun təəsüratına görə, Sovet dövrünə nisbətən ölkədə insan hüquq və azadlıqları sahəsində böyük dəyişikliklər, inkişaf baş verib. Düşünürəm ki, Avropa Şurası və Azərbaycan münasibətlərinin insan haqlarının yaxşılaşmasına müsbət təsiri olub. Bu əlaqələr çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Məsələn, Ali Məhkəməyə səfərim zamanı bizə məlum oldu ki, onlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tərcümə edir, hakimlərə izah edir, onlara istinad edirlər». Görüşlərinizdə həbsdə olan jurnalistlərin azadlığa buraxalması məsələsinə toxunulubmu? sualıma isə cənab Hammarberq hələ görüşlərinin başa çatmadığını deməklə bir növ dolayısı ilə cavab verib. «Görüşlərim başa çatmayıb, növbəti görüşlərimdəməsələni daha dərindən müzakirə etməyi planlaşdırıram. İndiyədək keçirdiyim görüşlərdən sitat gətirəcəyim bir fikir söylənilməyib. Amma yenə də məsələnin müzakirəsinə geri qayıtmağı düşünürəm. Öz mülahizələrimi bildirmək istəmirəm. Bizim mövqeyimiz ondan ibarətdir ki, böhtan və ya təhqirə görə, jurnalistlər cinayət məsuliyyəti daşımamalıdır, onlara alternativ cəzalar müəyyən edilməlidir. Baxmayaraq ki, Avropanın bir sıra ölkələrində də böhtan və diffamasiyaya görə, Cinayət Məcəlləsində müddəalar vardır. ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Miklos Haraşti öz bəyanatında demişdir ki, jurnalistlərin böhtan xarakterli məlumatlara görə həbsinə son qoyulmalıdır». Məhbusların saxlanma şəraitilə bağlı sualın cavabında isə komissar bütövlükdə Azərbaycandakı cəzaçəkmə yerlərində müəyyən irəliləyişlərin olduğunu, təmir işlərinin aparıldığını bildirib. «Amma yenə də təcridxanalarda islahatların aparılmasına çox böyük ehtiyac var. Ən böyük problem kameralarda isti olması, yəni havaçəkmə qurğularının işləməməsi, ümumiyyətlə, vintilyasiyanın olmamasıdır». O, bir sıra məhbuslarla, o cümlədən həbsdə olan sabiq nazirlərlə fərdi görüşləri barədə qənaəti ilə ğatğlı sualdan da yayınıb.«Onlarla görüşümüz əsasında əldə etdiyimiz məlumatları hesabatımıza daxil edəcəyik. Hələlik həmin faktlar üzərində işləməyimiz vacibdir. Ona görə də indidən bir söz söyləmək istəməzdim». Bakıda siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsi ilə bağlı çağırışların səslənməsinə münasibət bildirən Tomas Hammarberq bildirib ki. «mənim düşüncəm ondan ibarətdir ki, artıq Avropa Şurasının insan hüquqları üzrə komissarı vardır». «Hökumətlərə mesajım ondan ibarətdir ki, daha çox iş görülməsini istəyirsinizsə, komissara daha çox investisiya yatırın, daha çox imkan verin, şərait yaradın ki, daha çox nailiyyətlər əldə edilmiş olsun».
XS
SM
MD
LG