Accessibility links

ABŞ-la Azərbaycan TransXəzər boru kəmərinin texniki-iqtisadi əsaslarını hazırlayacaq


Azərbaycan və ABŞ iki TransXəzər boru kəmərinin tikilməsi üçün texniki-iqtisadi əsaslarının hazırlanmasına qrant ayrılması haqda Saziş imzalayıb. Sənədləri Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Amerika ticarət və inkişaf agentliyinin baş müşaviri Ceyms Vilderotter imzalayıblar.

Onların imzası Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ dövlət katibinin müavini Daniel Sallivan tərəfindən təsdiqlənib. Saziş iki boru kəmərin tikintisi üçün mühəndis-texniki qiymətləndirmə aparılmasını nəzərdə tutur. Bunların biri Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qədər nəqlini, digəri isə Qazaxıstan qazının və mümkün olarsa digər ölkələrin qazının Cənubu Qafqaz qaz kəmərinə qədər nəqlini nəzərdə tutur. Qrantın dəyəri 1 milyon 700 min dollar təşkil edir. ADNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib ki, sənəd regional və dünya enerji təhlükəsizliyinin gələcəkdə möhkəmlənməsinə xidmət edir.

Eyni zamanda o, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin edilməsi işində rolunu artırır. Ceyms Vilderotter sənədin əhəmiyyətini Bakı-Tbilisi-Ceyhan layihəsinin əhəmiyyəti ilə müqayisə edib. Bununla yanaşı, Azərbaycanın qlobal enerji layihələrinin reallaşmasında mühüm əhəmiyyəti olduğu qeyd edilib. "Bakı- Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərinin reallaşmasından sonra biz neft və qazın TransXəzər boru kəmərləri ilə Şərqdən Qərbə nəqlini görməyə ümid edirdik"- deyə o qeyd edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sənədi Amerika-Azərbaycan ikitərəfli əməkdaşlığının "yeni mərhələsi" adlandırıb. Daniel Sallivan qeyd edib ki, bu qrantın alınmasına açıq tender keçiriləcək və onu ARDNŞ və Amerika ticarət və inkişaf agentliyi keçirəcək. "ABŞ üçün neftin Şərqdən Şərbə daxil olmasını təmin etmək çox vacibdir və Azərbaycan bu planların reallaşmasında çox mühüm rol oynayır" - deyə o qeyd edib.

XS
SM
MD
LG