Accessibility links

Azərbaycan və Türkiyə daxili işlər orqanları terrorizmə qarşı birgə mübarizə aparır 


"Azərbaycan-Türkiyə əlaqələri uğurla davam edir. İki ölkənin daxili işlər orqanları terrorizm, insan alveri, narkotika qaçaqmalçılığı da daxil olmaqla mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə aparır. Bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyə daxili işlər naziri Əbdulqadir Aksu ilə görüşündə bildirib. Onun sözlərinə görə, Azərbaycan daxili işlər orqanları mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Türkiyənin təcrübəsindən yararlanır. Cənab Usubov 2002-ci ildə Trabzonda Azərbaycan, Türkiyə və Gürcüstan daxili işlər nazirlərinin imzaladığı "Terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə haqqında" cazişi yada salıb və bu sənədin yerinə yetirilməsi üçün tədbirlərin vacibliyini önə çəkib. Nazirlər yaxın aylarda üç ölkənin daxili işlər nazirinin görüşü ilə bağlı razılığa gəlib. Türkiyə daxili işlər naziri Əbdülqadir Aksu bildirib ki, terrorizm, insan alveri, narkotika qaçaqmalçılığı, qanunsuz miqrasiya, mütəşəkkil cinayəkarlığa qarşı mübarizədə informasiya mübadiləsi, qarşılıqlı təcrübənin öyrənilməsi, təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək. Nazir həmiçnin Türkiyənin Azərbaycandakı səfirliyində əmniyyət müşavirliyi açılacağını bildirib.Cənab Aksu qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı sahəsində də ortaq proqramların vacibliyini deyib.
XS
SM
MD
LG