Accessibility links

Bakıda Ümumdünya Ticarət Təşkilatı həftəsi başlayıb


"Minilliyin Çağrışı-Azərbaycan" İctimai Birliyinin təşəbbüsü ilə "Bakıda Birinci Ümumdünya Ticarət Təşkilatı Həftəsi"nin açılışı olub. Tədbirdə Azərbaycan xarici işlər, iqtisadi inkişaf nazirliklərinin təmislçiləri, parlamentin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. XİN müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycanda 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesi başlayıb. O ölkənin bu təşkilata mütləq üzv olacağını desə də, vaxtını dəqiqləşdirməyib. Cənab Məmmədquliyev hesab edir ki, Ümumdünya Ticarət Təşkilatına üzvülük investisiyaların səviyyəsinin sürətlə artamasına səbəb ola bilər. Nazir müavini qanunvericilik sahəsində də işlərin sürətləndirliməsinin vacibliyini önə çəkib. O hesab edir ki, qanunlar hansısa təşkilatın tələbləri əsasında deyil milli maraqlar naminə benyəlxalq səviyyəyə uyğunlaşdırılır. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadənin fikirləri isə bir az fərqlidir. O qanunvericilikdə dəyişikliklərin lazımlığını qəbul edir, ancaq qarşı tərəfin də da Azərbaycanın şərtlərini qəbul etməsini istəyir. Milli Məclisin deputatı, Sənayeçilər ittifaqının sədri Vahid Əhmədov bildirib ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmamışdan öncə qeyri-neft məhsullarının rəqabətə davamlılığını artırmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycanın ixrac məhsullarının 80 faizini neft və məhsulları təşkild edir. Deputat eyni zamanda qanunvercilik sahəsində də ciddi yeniləşməyə ehtiyac duyulduğunu diqqətə çatdırıb. Deputat Əli Məsimov daha tənqidi danışıb. Onun fikrincə, Azərbaycan təxirəsalınmadan Ümumdünya Ticarət Təşkilatında üzvlüyünü reallaşdırmalıdır. Cənab Məsimov hesab edir ki, üzv olmadan ölkədə rəqabətə davamlı sənaye formalaşdırmaq mümkün olmayacaq, inhisarçılıq və koorupsiya genişləncək. Ümumdünya Ticarət Təşkilaıtının əsas məqsədlərindən biri vətəndaş cəmiyyətinin ticarət rejimi ilə bağlı məlumatların monitorinqin aparılmasına cəlbidir. Azəərbaycanda bununla bağlı dörd layihə həyata keçirilir. İqtisadi və Sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, tədqiqatlar ölkənin bu üzvülüyə qəbulunun vacibliyini gösətrir. Belə ki, üzvülüyə qəbuldan sonra inhisarçılıq, korrupsiyanını səviyyəsi aşağı düşə bilər. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Azərbaycanda inhisarçılıq və korrupsiyanın səviyyəsi yüksək olaraq qalır.
XS
SM
MD
LG