Accessibility links

Azərbaycanın Uşaq Parlamenti ilk iclasını keçirib


Milli Məclisdə Azərbaycan Uşaq Parlamentinin ilk iclası olub. İlk dəfə olaraq Milli Məclis rəhbərliyinin kürsüsündə Uşaq Parlamentinin sədri Tale Əliyev, sədr müavini Fəridə Əliyeva və deputatların kürsülərində uşaq deputatlar əyləşib. Azərbaycanın uşaq parlamenti 85 detutatdan ibarətdir. Palamentin 8 komissiyası var. Uşaq Parlamenti «Lider Qadınlar» İctimai Birliyi, «Yüksək» təşkilatı, Təhsil Nazirliyi və YUNİSEF-in dəstəyi ilə yaradılıb. Milli Məclisin sədr müavini Bahar Muradova uşaq deputatları təbrik edib. Vitse-spiker uşaq parlamentinin uşaqların hüquqlarının qorunması sahəsində Milli Məclis qarşısında daim məsələlər qaldıracağına inanır. YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Sinqa Uşaq Parlamentinin uşaq hüquqlarının qorunmasında mühüm rol oynayacağını deyib. «Azərbaycan uşaqlarını demokratiyanın qurulmasında fəal olmağa çağırıram. Biz Azərbaycan uşaqları üçün daha yaxşı gələcəyin qurulmasını istəyirik». Uşaq Parlamentinin sədri Tale Əliyev bildirib ki, uşaq parlamentarlar uşaqların problemlərini Milli Məclis qarşısında qaldıracaq və «rüşvətsiz, korrupsiyasız cəmiyyət» uğrunnda mübarizə aparacaq. Cənab Əliyev parlamentin ilk iclasında təhsil, səhiyyə və məcburi köçkün uşaqların problemlərinin müzakirəyə çıxarılacağını bildirib. MM-in sosial siyasət komissiyası «Uşaq idmanının inkişafı haqqında» qanun layihəsini Uşaq Parlamentinin müzakirəsinə təqdim edib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli parlamentin gündəliyində uşaqlarla bağlı çoxsalyı məsələlərin durduğunu deyib.
XS
SM
MD
LG