Accessibility links

Azərbaycanda uyğurların hüquqlarını müdafiə edirlər


Müsavat Partiyasının bir qrup fəalı Çin hökumətinin uyğurlara qarşı soyqırımına son qoyması tələbi ilə bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Polis piketin qarşısını alıb, 5 nəfər saxlanıb.
Piketin qətnaməsində deyilir ki, partiya Çinin Urumçi şəhərində və digər bölgələrdə uyğur türklərinə qarşı son günlər həyata keçirilən qətliamlara və zorakılıqlara kəskin etiraz bildirir. “Müsavat Partiyası bu hadisələrə dərhal son qoyulmasını, cinayətkarların cəzalandırılmasını tələb edir”.
Bakı sakinləri də uyğur türklərinə qarşı silahlı hücumu pisləyir və Beynəlxalq təşkilatları uyğurların soyqırımına, Sincan-Uyğur Muxtar Bölgəsində etnik tərkibin dəyişdirilməsinə qarşı təxirəsalınmaz tədbirlər görməyə çağırır.

XS
SM
MD
LG