Accessibility links

Müxalifətdə olan AXCP sədrinə xarici pasport verilmir


Müxalifətdə olan AXCP sədri Əli Kərimli ötən il parlament seçkilərindən sonra başçılıq etdiyi təşkilatın fəallarına qarşı təzyiqlərlə bağlı mətbuat konfransı keçirib. Onun sözlərinə görə, ilk olaraq partyiyaya yaxın olan "Yeni fikir" gənclər təşkilatının rəhbərləri həbs edilib. O, hazırda «Yeni Fikir» təşkilatının sədr müavini Səid Nurinin səhhətinin ağır olduğunu diqqətə çatdırıb. Cənab Nuri talesimiya xəstəliyindən əziyyət çəkir. AXCP sədrinin sözlərinə görə, onun xaricdə müalicəsi üçün ehtiyac yaranıb. Cənab Kərimli təşkilatın üzvü tələbələrə qarşı təzyiqlərdən də bəhs edib: "Təşkilatın fəalları Turan Əliyev və Namiq Feyziyev siyasi motivlərlə universitetlərdən xaric edilib." Onun qənəatəincə, mühafizəçisi Elmar Rüstəmov da absurd ittihamla həbs edilib. Cənab Kərimli hesab edir ki, AXCP-yə yaxın mətbuat orqanlarının əməkdaşlarının hakimiyyət tərəfindən cəzalandırılır. Onun sözlərinə görə, rarlament seçkilərindən sonra "Azadlıq" və "Bizim Yol" qəzetləri məhkəmələr tərəfindən yüz minlərlə yeni Azərbaycan manatından çox cərimələnib. O, təzyiqlərin AXCP-nin Naxçıvan təşkilatının fəallarından da yan keçmədiyini bildirib. Naxçıvan təşkilatının fəalı, vəkil Elman Cəlilov uydurma ittihamla 5 il azadlıqdan məhrum edilib, Qadınlar Şurasının sədri saxta seçki protokolunu imzalamadığına görə şərti olaraq bir il yarım azadlıqdan məhrum edilib. AXCP sədri özünün də haqsızlıqlarla üzləşdiyini bildirib. Belə ki, ona xarici pasport verilməsindən imtina edilib. Cənab Kərimlinin sözlərinə görə, səbəb kimi guya onun barəsində 1994-cü ilin sentyabrında cinayət işinin qaldırılması göstərilir. AXCP sədrinin qənaətincə, təqib-təzyiq kampaniyası 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hesablanıb. İqtidar seçkilərədək real alternativ qüvvələri sıradan çıxaracağını fikirləşir. Amma AXCP-də belə təzyiqləri çox görüb. Öz növbəsində, YAP İcra katibinin müavini Mübariz Qurbanlı AXCP sədrinin dediklərini həqiəqətə uyğun saymır. Onun fikrincə, ölkədə bütün siyasi partiyaların, o cümlədən AXCP-nin fəlaiyyəti üçün normal şərait yaradılıb. Cənab Qurbanlı 2008-ci il prezident seçkilərində heç bir müxalifət liderinin YAP-ın namizədinə alternativ ola bilməyəcəyini təsəvvür edir və bu fikirləri xülya adlanıdırır. AXCP liderinin ona xarici pasport verilməməsi ilə bağlı iddiasına DİN Pasport və Viza idarəsindən hər hansı cavab almaq mümükn olmayıb. Respublika Prokuorluğunun mətbuat katibi Vüqar Əliyev isə AXCP sədrinin prokurorluğa müraciətinin öyrənildiyini bildirib.
XS
SM
MD
LG