Accessibility links

Fransa Azərbaycan və Ermənistanı Sankt - Peterburqda daha da irəliyə getməyə çağırır


"ATƏT-in Minsk Qrupunda ABŞ və Rusiya ilə yanaşı həmsədr olan Fransa Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin nizamlanmasına kömək üçün səylərini davam etdirir.

Fransa, prezidentlər İ.Əliyev və S.Sarkisyanın Şərq Tərəfdaşlığı Sammiti fürsəti ilə əlaqədar, həmsədr ölkələrin təşəbbüsü ilə, Praqada mayın 7-də görüşdüklərinə sevindiyini bildirir”. Bu bəyanatla Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi çıxış edib.

Sənəddə deyilir ki, bir ildən az müddətdə Azərbaycan və Ermənistan prezidentləri arasında dörd görüş keçirilib. « Bu görüş hazırkı danışıqlar prosesinin canlı olduğuna bir nümunədir və tərəflər arasında bərqərar olmuş münasibətin konstruktiv xarakterini təsdiq edir.

Görüş 2007-ci ilin sonlarında Madriddə həmsədrlərin təqdim etdiyi təkliflərin kompromisi mümkün ola bilən bir çox məsələlərini dəqiqliklə təyin etməyə imkan verdi.

ABŞ və Rusiya ilə yanaşı Fransa münaqişə tərəflərini öz növbəti görüşlərində, o cümlədən həmsədrlərin onlara təklif edəcəyi iyunun əvvəlində Sankt - Peterburq görüşündə, daha da irəliyə getməyə çağırır».

Bəyanatda bildirilir ki, 11 may 2009-cu ilin iki ölkə arasında böyük masştablı döyüşlərə son qoyan atəşkəsin 15-ci ildönümünə təsadüf etdiyi bir vaxtda, Fransa bu münaqişə qurbanlarından (münaqişədə qurbanların verilməsi hələ davam edir) kədərləndiyini bildirir.

«Fransa tərəfləri ilkin atəşkəs və onu möhkəmləndirməyə yönəlmiş sonrakı sənədlərin qaydalarına dəqiqliklə riayət etməyə çağırır».



XS
SM
MD
LG